azia.az
azia.az

Hökmdarların ağlasığmaz ölüm səbəbləri: qan, gülüş...

13-12-2018, 08:55

Tarixin bəzi böyük hökmdarları amansız döyüşlərdən sağ çıxmağı bacarsalar da, sonradan qəribə, ağlasığmaz şəkildə vəfat ediblər.

Kult.az böyük hökmdarların inanılmaz ölüm səbəbləri ilə bağlı yazını təqdim edir:

Kral Filip

İspan kralı III Filip səliqə-səhmanı çox sevirdi. O, dəbdəbəli həyata üstünlük verirdi. Məişət qaydalarına yeniliklər gətirən III Filip yüksək zümrədən olan şəxslərlə bağlı bir sıra qanunlar qəbul etmişdi. Kralın qanunlarına əsasən, zadəganlar özlərinə hətta şərab süzə bilməzdilər. Bu vəzifələri icra edən xüsusi nökərlər vardı.

Bir gün Filip sobanın yanındakı çarpayıda yuxulayır. Çarpayı sobanın istisindən alışıb-yanmağa başlayır. Saray əyanları kralın çarpayısına toxunmaq icazəsi olan yeganə qulluqçunu axtarıb-tapanadək otaq alovlanır və kral yanaraq dünyasını dəyişir.

VIII Karl

Fransız kralı VIII Karl da öz qəribə ölümü ilə tarixə düşüb. 13 yaşında ikən taxta əyləşən Karl dövlət idarəçiliyində daim böyük bacısı Annanın məsləhətlərindən yararlanırdı. Öz ehtiyatsızlığı ilə məşhur olan kral 30 yaşı olarkən təsadüfən qapının tini ilə toqquşaraq komaya düşür. Bir neçə gündən sonra isə dünyasını dəyişir.

Səlahəddin Əyyubi

1187-ci ildə Qüdsü Xaçlılardan azad edən Misir, Suriya, Yəmən və Fələstinin azərbaycanlı sultanı Səlahəddin Əyyubinin ölümü 800 ildir çözülməyən bir sirr halını alıb. 1193-cü ildə 56 yaşında anidən xəstələnən Əyyubi iki həftə içində vəfat edib.

İllərdir arxivləri araşdıran doktor Stefen Qlakman S. Əyyubinin tifo xəstəliyinə məğlub olduğunu iddia edir. Tifo adətən çirkli su və qidalardan keçir. Bakteriya orqanizmə girdikdən 1-2 həftə sonra xəstəlik yaradır.

Qansız qalan Vaşinqton

ABŞ-ın ilk prezidenti Corc Vaşinqton 67 yaşında belə kifayət qədər sağlam və gənc görünürdü. Bir gün prezident qripə yoluxur. Həkimlər xəstəlik haqqında kifayət qədər məlumatlı olmadığından o dövrün ən məşhur müalicə üsulunu sınaqdan keçirirlər. Növbə ilə prezidəntdən qan alıb, sağalmağını gözləyirlər. Sonda isə Vaşinqton qansızlıqdan dünyasını dəyişir.
Hökmdarların ağlasığmaz ölüm səbəbləri: qan, gülüş...
Gülməkdən ölən kral

Araqon kralı Martin ən şən hökmdar kimi tanınıb. Bir gün Martinin hüzuruna təlxəyi gətirirlər. Təlxəyin adi, hətta mənasız zarafatına ürəkdən gülən kral yerindəcə keçinir.

Sultan Süleyman Qanuni

Osmanlı şahı Sultan Süleyman 7 sentyabr 1566-cı ildə öldü. Döyüş ərəfəsində ordunun əhval-ruhiyyəsini pozmamaq, ruh düşkünlüyü yaratmamaq üçün onun ölümü hamıdan gizlədildi.

Şahın nəşi dini qaydalara uyğun şəkildə yuyuldu, cənazə namazı qılındı. Daha sonra daxili orqanları çıxarıldı və cəsədi yataq otağının altında basdırıldı. İslam dinin qaydaların zidd olsa da, cəsədi qoxumaması üçün mumiyalandı.

Səhəri gün Ziqetvar qalası alındı. Lakin savaş təhlükəsi davam etdiyi üçün onun ölümü 48 gün hamıdan gizlədildi. Ordunun dönüşü ərəfəsində Qanuniyə bənzəyən Həsən ağa onun kimi geyinib, ordunu salamladı və yenidən taxtına qayıtdı.

Təxminən 50 gündən sonra Sultan Süleyman rəsmi mərasimlə dəfn edildi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi