azia.az
azia.az

Meyvə-tərəvəzlərin üstündəki zəhəri belə təmizləyin – DEZİNFEKSİYA ÜSULLARI

2-05-2019, 01:10

Meyvə-tərəvəzlərin yuyulması mətbəxtdə ən çox diqqət edilməli şeylərdəndir. Bəs evdə bu qidaların gigiyenasını necə qoruya bilərik?
Meyvə-tərəvəzlərin üstündəki zəhəri belə təmizləyin – DEZİNFEKSİYA ÜSULLARI
Azia.az meyvə-tərəvəzlərin üzərindəki zərərli maddələrin doğru şəkildə təmizlənməsi ilə bağlı məlumatı təqdim edir.
Əvvəlcə meyvə və tərəvəzləri formalarına görə ayırmaq lazımdır.

Ən çox tətbiq edilən üsul məhz sirkəli sudur. 3 stəkan suya bir stəkan sirkə əlavə edin. Əldə olunan qarışımla meyvə tərəvəzləri rahatlıqla yuya bilərsiniz. Sirkədən başqa bir neçə vasitə də var. Soda, limon, dəniz suyu və digər dezinfeksiya məhlullarından da istifadə oluna bilir.

Limonu sirkə ilə birgə istifadə etsək, daha təsirli olacaq. Belə ki, 3 stəkan suya ½ ədəd limon sıxın. Bu məhlulda meyvə-tərəvəzi yuyuyun.
Dəniz duzu da yaxşı vasitələrdən hesab olunur. Lakin alma, armud kimi meyvələrdə duz təbəqəsi qalır.

Soda isə meyvə-tərəvəzləri təmizləmək üçün digər üsullardandır. Bir ləyən suyun içinə 2 yemək qaşığı soda əlavə eləməyiniz bəsdir ki, müsbət nəticə əldə edə biləsiniz.

Meşədə bitən meyvələr isə həssas olduğuna görə sirkə, limon suyu istifadə olunaraq dezinfeksiya edilmir. Bu meyvələri sadəcə suda 2-3 dəqiqə saxlamağınız bəs edir.

Yarpaqları qat-qat olan və yaxud bu tip tərəvəzlərin təmizlənməsi çətin olduğu üçün xüsusi diqqət tələb edir. Ona görə də yarpaqları bir-bir ayırmaq lazımdır. Lakin təmizlənmə zamanı doğramaq lazım deyil. Bunun üçün yarpaqları sirkəli və silon suyu əlavə edilmiş qarışıqda gözlədin.

Ümumilikdə, meyvə-tərəvəz gigiyenası çox həssas mövzudur. Bu qidaların təmizlənməsində onların formasına diqqət etmək labüddür. Qabığı incə olan qidaları sirkəli suda yumaq olmaz. Meyvə-tərəvəzləri dezinfeksiya etməklə yanaşı, onların qurudulması da önəmlidir. Meyvə tərəvəzləri yuduqdan sonra tənzifin üzərində suyunun çəkilməsini gözləyin.

Həmçinin, soyuducuda saxlanma qaydası da vacibdir. Meyvə-tərəvəz soyuducunun onlar üçün ayrılmış hissələrində saxlayın. Çünki həmin rəflər qidaların ömrünü uzadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi