azia.az
azia.az

“Kristal Abşeron” MTK narazılıq yaradır - Sakinlər etiraza qalxdı

9-04-2019, 09:17


Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Kristal Abşeron” MTK tərəfindən inşa olunan binalarda yaşayan sakinlər kommunal xidmət haqlarının artırılmasından şikayətçidirlər.
“Kristal Abşeron” MTK narazılıq yaradır - Sakinlər etiraza qalxdı
"Kristal Abşeron" MTK-nın Sumqayıt şəhərində 6-cı mikrorayon ərazisində yerləşən binalarda kommunal xidmətlərlə bağlı qiymətlərdə dəyişiklik edilib və xidmət haqları qaldırılıb.

ONA-nın yerli bürosunun məlumatına görə, bu da həmin binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlərin sözlərinə görə, əvvəllər mənzilin hər 1 kv/m-ə görə 20 qəpik ödəyirdilərsə, indi bu qiymət 30 qəpiyə qaldırılıb. Yaşayış kompleksində mənzilləri olanlar "Kristal Abşeron" MTK-nın qiymət artımına etiraz ediblər. Onlar bu dəyişikliyin büdcələrinə ciddi təsir göstərdiyini və əlavə problemlər yaratdığını bildiriblər.

Mənzil sahibləri problemlərinin bununla da bitmədiyini, qiymət artımının qarajlara da tətbiq olunduğunu vurğulayıblar. Əvvəllər qaraja görə 30 manat ödəyirdilərsə, bu aydan qiymətin 50 manata qaldırıldığını deyirlər.

“Kristal Abşeron” MTK-nın 6-cı mikrorayon ərazisində olan binalarının komendantı Anar Ələsgərov ONA-ya açıqlamasında bildirib ki, əvvəllər sözügedən binalarda kommunal xidmət haqqı otaq sayına görə hesablanıb:

“Məsələn 1 otağa görə 10 manat, 2 otağa görə 15 manat, 3 otağa görə 20 manat verirdilər. Bu aydan isə sakinlər hər 1 kv/m-ə görə kommunal xidmət haqqı ödəməli olacaqlar. Qaraja gəldikdə isə, əvvəlcədən müqavilə əsasında 30 manat razılaşdırılıb və qiymət dəyişikliyi edilməyib. Bu kompleksdə 400 mənzil var və hər birinə şirkət tərəfindən yüksək xidmət göstərilir. Onların ödədiyi xidmət haqqına zibilin daşınması, blokların işıqlandırılması, təmizlik işlərinin aparılması, liftdən istifadə daxildir. Biz bu barədə sakinlərlə dəfələrlə söhbət etmişik və razılıq əldə etməyə çalışırıq”.

Şirkətin əməkdaşı sakinlərin göstərilən xidmət üçün ödəniş etməkdən imtina etdiklərini də vurğulayıb:

“Şirkət rəhbərliyi təklif edir ki, əgər bizim xidmətlərdən imtina edirlərsə, kommunal xidmətlərin idarəçiliyi mənzil sahiblərinə verilə bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi