azia.az
azia.az

“Azərsu” müştəri xidmətlərinin asanlaşdırır.

7-01-2019, 17:25

“Azərsu” müştəri xidmətlərinin asanlaşdırır.

Azia.az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal”
mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri
xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir.
2018-ci ildə bu mərkəzlərə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərlə
bağlı çoxsaylı müraciətlər daxil olub.
Hesabat ilində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində
fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar
tərəfindən müxtəlif məsələlərlə bağlı 83250 müraciət edilib. Müqayisə üçün
qeyd edək ki, bu, 2017-ci ilin müvafiq göstəricindən 51 faiz çoxdur. 2018-ci
ildə daxil olmuş müraciətlərin 35466-ı “ASAN xidmət”, 44784-ü isə
“ASAN Kommunal” mərkəzlərində qeydə alınıb. Ötən il vətəndaşlar
xidmət bölmələrinə daha çox texniki şərtin verilməsi, itirilmiş və
zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin
edilməsi, borclar haqqında məlumatların verilməsi məsələləri bağlı
müraciətlər edib.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri
xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci
ildən “Azərsu” ASC “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur.
Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə
vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 192 mindən çox müraciət
daxil olub.
Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Sabunçu rayonundakı
4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə,
Qəbələ, Masallı, Mingəçevir, Şəki, İmişli və Quba şəhərlərindəki “ASAN
xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil
olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi