Mayın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət edə biləcək
9 may Qələbə Günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzləri sabah işləməyəcək.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən İstiPress-ə verilən məlumata görə, mayın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, hazırda Azərbaycanda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.
Bununla yanaşı, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir.