azia.az
azia.az

İrəvana yük daşıyan sürücülər azərbaycanlılar deyil, xüsusi agentlərdi...

17-09-2021, 18:51

İrəvana yük daşıyan sürücülər azərbaycanlılar deyil, xüsusi agentlərdi...
“Bunların hamısı təxribatdır. Qara qüvvələr Cənubi və Şimalı Azərbaycandan olan soydaşlarımız arasında nifaq salmaq istəyir. Cənubi azərbaycanlılar yekdil şəkildə “dəmir yumruq”un arxasındadılar”.

Bu sözləri Azərbaycan Yazıçılar Birliyi (AYB) Güney ədəbiyyat şöbəsinin rəhbəri Sayman Aruz Gorus-Qafan yolunda Ermənistana yük daşıyan sürücülər barədə danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyində ən çox narahat olan ölkə İrandır:

"Qara qüvvələr Cənubi və Şimali Azərbaycandan olan soydaşlarımız arasındakı münasibətləri pozmaq istəyirlər. Çünki İranla Azərbaycan arasındakı münasibətlər 44 günlük müharibə boyunca bəlli oldu. İran Azərbaycana qarşı heç zaman dost münasibəti sərgiləmiyib, sərgiləmiyəcək də.

Azərbaycanın müstəqilliyindən ən çox narahat olan ölkə İrandır. Bunun da səbəbi Cənubi Azərbaycanda bizim tarixi ərazilərimiz və soydaşlarımızın olmasıdır”.

Gorus-Qafan yolundakı postda saxlanılan iranlı sürüclərin Azərbaycan dilində danışmasına gəlincə, S.Aruz bildirib ki, Ermənistana yük daşıyan həmin şəxsləri Cənubi azərbaycanlılara aid etmək olmaz.

“Yəni İrəvana indiki gərgin ictimai-siyasi və hərbi vəziyyətdə heç bir adi İran vətəndaşının istər sürücü, istər başqa peşə sahibi qismində getməyi mümkün deyil, gedə bilməz. Onlar hamısı İran dövlətinin xüsusi xidmət orqanlarında işləyən, müqaviləsi olan sürücülərdir. Başqa cür mümkün deyil.

Təbrizdə ermənilər də, kürdlər də, başqa millətlər də yaşayır. Türkün heç zaman qeyrəti icazə verməz ki, öz soydaşlarına qarşı səhv hərəkət etsin. Bu təxribatları edən orda olan etniklərdir. Hansı ki, Azərbaycan dilini çox gözəl danışırlar. Ümumiyyətlə, onlar Azərbaycan dilində çox gözəl danışırlar. Elə düşüncə yaratmaq istəyirlər ki, o taydakılar satqındı, ermənilərlə işləyirlər. Bunlar hamısı təxribatdı, inanmayın. Cənubi azərbaycanlılar yekdil şəkildə “dəmir yumruq”un arxasındadılar. Dövlətimizi dövlət bilirlər və Azərbaycanı sevirlər. Başqa cür də mümkün deyil”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi