azia.az
azia.az

Ermənistana yük daşıyan Iran maşını aşdı: Xeyli sayda yaralı var

9-09-2021, 17:45

Ermənistana yük daşıyan Iran maşını aşdı: Xeyli sayda yaralı var
Ermənistanda İrəvan-Meğri avtomobil yolunun 329-cu km-liyində İran İslam Respublikası dövlət nömrə nişanlı “Scania” markalı yük maşınının “QAZel” mikroavtobus maşrutu ilə toqquşması nəticəsində 6 nəfər yaralanıb. Oxu24.com xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilib ki, yük maşınının qarşı tərəfin hərəkət zolağına çıxması nəticəsində qəzanın baş verdiyi ehtimal edilir. Mikroavtobus Qafan-Qacaran marşrut xəttində xidmət edir. “Scania” isə Ermənistanın Qafan rayonuna gedirmiş.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi