azia.az
azia.az

Sümükləri gücləndirir! Qaysı qurusunun bilinməyən faydaları

13-09-2021, 07:45


Müəyyən bir miqdarda istehlak olunan quru ərik bədən sağlamlığı üçün vacibdir.

Mütəxəssislərin quru əriyin faydaları haqqında verdiyi əhəmiyyətli məlumatları sizə təqdim edirik:
Sümükləri gücləndirir! Qaysı qurusunun bilinməyən faydaları
Tərkibində yüksək miqdarda lif var: Bir porsiya (3-4 ədəd) gündəlik ehtiyacın 8% -ni ödəyən 2 qram lif ehtiva edir.
Lif balanslı bəslənmənin vacib hissəsidir. Həzm sisteminizin müntəzəm işləməsini və bədəninizdəki kirləri təmizləməsini təmin edir. Lifli qidalar yediyiniz zaman təbii olaraq çəkinizi tənzimləyə və xolesterol səviyyənizi aşağı sala bilərsiniz.

Kalorisi azdır: 1 porsiya (28-30 q) 3 və ya 4 ədəd,ortalama 56 kalori ehtiva edir. Lif və qida zənginliyi sayəsində uzunmüddət tox saxlayır.

Yüksək qidalandırıcı maddələr ehtiva edir: Bir stəkan quru ərik orqanizmin gündəlik A vitamini ehtiyacının 94% -ni və dəmirin 19% -ni təmin edir.
Qurudulmuş əriklərdə sümüklərinizi gücləndirən və sinir funksiyasını qoruyan, çəkiyə nəzarətə kömək edən, sümük itkisi ilə mübarizə aparan kalsium mineralları var. Tərkibində narahatlıq və ya stres hiss etdikdə sakitləşdirici xüsusiyyətlərə malik maqnezium mineralı da mövcuddur. Maqnezium, həmçinin əzələ ağrıları və spazmalara da kömək edə bilər.

Tünd narıncı və qəhvəyi rəngli quru əriklər A vitamini tərkiblidir. A vitamini immunitet sistemini tənzimləyir, sümükləri sağlam saxlayır, yaxşı görməyə və reproduktiv sistemə kömək edir.

Qaysı – beyin funksiyasını və qan şəkərini tənzimləməyə kömək edən, bədən hüceyrələrində maye balansını qoruyan kaliumla da zəngindir

Əks təsiri :

Təbii quru əriklərin tərkibində kimyəvi maddələr yoxdur. Sulfitlər sağlam bağırsaq bakteriyalarına zərər verə bilər. Məhz buna görə də qıcıqlanmış bağırsaq sindromu olanlar üçün bu qidanı həzm etmək çətinləşir.NOCOMMENT.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi