Həzmi tənzimləyir, maddələr mübadiləsini sürətləndirir... - AYRANIN FAYDALARI
Ayran bədən sağlamlığı üçün çox önəmli fayda kəsb edir. Heç bir əks təsiri yoxdur, əksinə, sağlamlığa olduqca faydalıdır. Aile.lent.az yayda daha çox içilən ayranın faydalarını təqdim edir.
B vitamini ayranın tərkibində boldur. B qrup vitaminləri narahatçılıq və stressi azaldaraq, beynin seratonin hormonu ifrazına kömək edir.
Ayran elektrolitlə zəngin olaraq, bağırsaq florasının stabiliyini artırır.
Həzm sistemini tənzimləyən və bədənin maye axınını nizamlayan ayran, bədəni normal qan təzyiqi üçün faydalı potasiumla təmin edir.
Sümük əriməsi riskini böyük ölçüdə azaldır.
Xərçəng, xora, allergiya, qastrit, iltihablanmaya qarşı qoruyur.
Tərkibindəki kalsium, maqnezium, potasiumla yüksək təzyiqin nəzarət altına alınmasına kömək edir.
Əzələ, sümük, sinir və immunitet sistemini qoruyur, həm uşaqların, həm də yetkinlərin sağlamlığını gücləndirir.
Tərkibindəki triptofan maddəsi ilə sakitləşdirici təsiri də var.
Həm toxluq hissi verir, həm də maddələr mübadiləsini sürətləndirir.
İnfeksiyalara qarşı qoruyur.