azia.az
azia.az

Dərman vasitələrinin ekspertiza qiymətləri Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək

10-09-2021, 22:46


Nazirlər Kabineti "Dərman vasitələrinin farmakonəzarət Qaydası"nda dəyişiklik edib.
Dərman vasitələrinin ekspertiza qiymətləri Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək
Məlumata görə, "Analitik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsi farmakonəzarət sənədlərinin ekspertizasını həyata keçirir.

Qüvvədə ola Qaydaya əsasən, ekspertiza dərman vasitəsinin qeydiyyata alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı keçirildikdə tərəflər arasında münasibətlər, o cümlədən aparılacaq ekspertizanın həcmi, müddəti, xidmətin dəyəri "Analitik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsi ilə vəsiqə sahibi və ya təşkilat arasında bağlanılmış müqavilə ilə tənzimlənib. Dəyişikliyə əsasən, artıq ekspertiza dərman vasitəsinin qeydiyyata alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı keçirildikdə tərəflər arasında münasibətlər Qurum ilə vəsiqə sahibi və ya təşkilat arasında bağlanılmış müqavilə ilə tənzimlənir. Ekspertiza "Dərman vasitələri haqqında" qanuna uyğun olaraq Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçiriləcək. Day.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi