azia.az
azia.az

Liftlərə niyə güzgü yerləşdirilir? - Bilmədiyiniz 12 MARAQLI FAKT

11-01-2021, 13:35


BiG.AZ əvvəllər eşitmədiyiniz və ya öyrənəndə təəccüblənəcəyiniz bir-birindən maraqlı məlumatları sizlərlə bölüşür.
Liftlərə niyə güzgü yerləşdirilir? - Bilmədiyiniz 12 MARAQLI FAKT
1.) Bütün yeni doğulmuş körpələr irqindən asılı olmayaraq, 440 hz (hertz) səs gücündə ağlayır.

2.) Dünyada 4300 fərqli din mövcuddur.

3.) Ən parlaq obyekt olan Ayın işığının bizə çatması 1,3 saniyə çəkir.

4.) Fillərin rəngi əslində boz deyil. Tam olaraq qırmızı, torpaq rəngidir. Boz görünmələrinin səbəbi vaxt keçirməyi sevdikləri palçıqlı sulardan çıxdıqdan sonra həmin suyun üzərlərində qurumasıdır.

5.) Kapitan piratların taxdıqları tək göz bantının məqsədi qaranlığa alışma müddətini yox etməkdir.

6.) Santa klausun paltarı əslində yaşıldır. Ancaq bir "Kola" markası bunu dünyaya qırmızı və ağ rəngdə təqdim edib.
7.) Göytürklər qatığın turşuluğunu azaltmaq üçün üzərinə su tökəndə təsadüfən ayranı kəşf edib.
8.) İnsan saçı üç kilo ağırlıq qaldıra biləcək elastiklik gücdədir.

9.) Ölüm anında toxunma və görmə hissindən sonra eşitmə bacarığı itirilir. Ürək dayandıqdan sonra 2 dəqiqə ərzində səslər qəbul edilə bilir.

10.) İnsan yuxuda olarkən, qoxu alma qabiliyyətindən müvəqqəti məhrum olur. Ən bərbad qoxunu belə burnunuza yaxınlaşdırsalar, bu, sizin yuxunuza mane olmayacaq.

11.) Bobi Leç Niaqara şəlaləsindən bir silindr içində tullanan ilk insan olub və sağ qalıb. Amma sonradan bir portağal qabığını tapdalayaraq yıxılıb və daxili qanaxmadan dünyasını dəyişib.

12.) Liftlərə yerləşdirilən güzgülər qalstukunuzu və ya saçınızı düzləltmək üçün nəzərdə tutulmayıb. Qapı açılanda liftin yerində olduğunu bilməyiniz üçündür. (publika.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi