azia.az
azia.az

Müharibə itkisi və fəlakəti fonunda Paşinyan komandası eyş-işrətdə - FOTO

20-11-2020, 01:43


Ermənistanın hakim "Mənim addımım" partiyasından olan millət vəkili Ayk Sarkisyan əlində içki şüşəsi bir gecə klubunda yarıçılpaq qızlarla əylənir.
Müharibə itkisi və fəlakəti fonunda Paşinyan komandası eyş-işrətdə - FOTO
Azia.az sia-ya istinadla xəbər verir ki, Ermənistana məxsus hayeli.am saytında hakim partiyadan olan millət vəkilinin gecə klubundakı görüntüləri, fotoları yayımlanıb.

Yayımlanan fotolardan ölkədəki müharibə, minlərlə itki və fəlakət Nikol Paşinyanın bəzi komanda yoldaşlarının, ümumiyyətlə, Ermənistan hakimiyyətinin əhval-ruhiyyəsinə və gündəlik həyatlarına təsir etməmiş kimi görünür.

Həmçinin xatırladılır ki, yayılan məlumatlara görə, Ayk Sarkisyan və dostu Rüstəm Stepanyan bu yaxınlarda Ermənistan Milli Məclisi spikerinin kürsüsündə oturan bir nümayişçini döyərək öldürüblər. Sarkisyanın əmri ilə qurbanın qəfil ölümündən sonra cəsədi Kiya körpüsündən atılıb. Cinayət işi başlanıb, hadisə barədə Nikol Paşinyana məlumat verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi