azia.az
azia.az

Ermənilərin Qarabağdan çıxışına qadağa qoyuldu

15-10-2020, 19:39


Azia.az: Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində özünü Qondarma Respublikanın "prezidenti” kimi təqdim edən Araik Arutyunyan orada məskunlaşmış sakinlərin Dağlıq Qarabağdan çıxışını məhdudlaşdıran "fərman” imzalayıb.
Ermənilərin Qarabağdan çıxışına qadağa qoyuldu
AZXEBER.COM xəbər verir ki, Arutyunyan bu barədə öz feysbuk hesabında məlumat verib. O qeyd edib ki, yeni hərbi mükəlləfiyyəti olan şəxslərin Dağlıq Qarabağ ərazisini tərk etməsi qadağan olunacaq. Bildirilib ki, həmin şəxslər yalnız qondarma hərbi hissə tərəfindən verilən "xüsusi icazə sənədi” əsasında ərazini tərk edə bilərlər.


Bu saxta fərmanın imzalanması da göstərir ki, erməni əhalisi Azərbaycanın Qarabağ bölgəsini kütləvi şəkildə tərk edir. Amma çaşqınlıq içində qalmış Ermənistan hakimiyyəti döyüşlərdə iştirak etmək istəməyən, döyüş meydanından qaçan vətəndaşlarını məcburi şəkildə orada saxlamağa çalışır.

Qeyd edək ki, ötən gün Arutyunyan Azərbaycan Silahlı Qüvvələrinin erməni mövqelərinə güclü zərbələr endirdiyini və cəbhə xəttinin bir neçə istiqamətində içərilərə doğru hərəkət etdiyini etiraf etmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi