azia.az
azia.az

Gömrük Komitəsinin əvvəlki fəaliyyəti araşdırılmalıdır - Əbüləz Məlikovun milyardları hardadır?

23-05-2020, 13:36


Rüşvət və korrupsiyaya qarşı aparılan mübarizədə növbə daha ciddi qurumlara çatdı. İcra başçılarının həbsi ilə başlanan prosess Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətini də silkələdi. Təbii ki, islahat və həbslər davam edəcək və sırada diğər qurumlar da var.
Gömrük Komitəsinin əvvəlki fəaliyyəti araşdırılmalıdır - Əbüləz Məlikovun milyardları hardadır?
Bizimxeber.az-a daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsində daha ciddi araşdırmaların aparılmasına ehtiyac var və bu qaçılmazdır. Belə ki, uzun illər rüşvət maşınının əsas tərkib hissəsindən biri olan DGK-da hələ də ciddi problemlərin varlığı, korrupsiya və rüşvətalma hallarının mövcudluğu olmamış deyil.

Son günlər sosial şəbəkələrdə aksiz markası olmayan və açıq satışı təşkil edilən siqaret, spirtli içkilərin və diğər məhsuların ölkəyə hansı yolla gətirilməsi ilə bağlı ciddi müzakirələrin aparılması buna bariz nümunədir. Hətta Ermənistan istehsalı olan siqaretlərin rayonlarımızda açıq satışına rast gəlmək olar. Bütün bu faktlar göstərir ki, bu məhsullar ya gömrükdən keçirilərək göz yumulur, ya da gömrük əməkdaşları ayıq-sayıq deyil. Ya da...

Həmçinin gömrükdə rüşvət halları ilə bağlı danışarkən bir neçə il əvvəl Azərbaycan Gömrüyünün "kralı" Əbülfəz Məlikovu yad etməmək günah olar. Uzun illər bu sahəni monopoliyada saxlayaraq milyardlar oğurlayan Əbülfəz Məlikovun hazırda gömrüklə olan əlaqələri araşdırılmalıdır. Uzun illər gömrüyü monopoliyada saxlayan Əbülfəz Məlikovun bu dövlətdən oğurladıqları milyardların cavabını kim verəcək? Təbii ki, Məlikov özü.

Məlumata görə, məhz bu hallara görə, Azərbaycan Gömrüyünün son 10 illik fəaliyyəti ciddi araşdırılmalıdır. Bu qurumda qazanılan milyardlar dövlət büdcəsinə qaytarılmalıdır, günahkarlar və korrupsionerlər həbs edilməlidir. Topdağıtmayan əmlakları müsadirə edilməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi