azia.az
azia.az

Qaydalarla bağlı yalan məlumat yayanlara rektor İbrahim Cəfərovdan tutarlı cavab

19-02-2020, 04:06

Qaydalarla bağlı yalan məlumat yayanlara rektor İbrahim Cəfərovdan tutarlı cavab
Cəmiyyətdə və universitet tələbələri arasında saxta və yalan məlumat yayan dırnaqarası insanların ictimaiyyət arasında çaşqınlıq yaratma məqsədləri bu dəfə də baş tutmadı. Universitetin rektoru sosial şəbəkə üzərindən məlumatın yalan və əsassız olduğunu bildirərək, özünün "facebook" səhifəsində məsələyə ətraflı aydınlıq gətirib. Rektor İbrahim Cəfərovun tələbələrə olan müraciətini olduğu kimi dərc edirik.
Əziz tələbələr, hörmətli izləyicilər, son günlər sosial şəbəkələrdə heç bir hüquqi əsası olmayan yeni qaydaların tətbiqi ilə bağlı saxta məlumatlar paylaşılır, aqrar universitetin rektoru olaraq tam məsuliyyətimlə bəyan edirəm ki, tədris zamanı tələbənin bu və ya digər dərəcədə mənafeyinə toxunan heç bir yeni qayda tətbiq olunmayacaq, əvvəlki illərdə olduğu kimi imtahanlarımız test, şifahi və yazlı üsullarla keçiriləcək və bütün imtahan formalarında bütün imtahan sualları tələbələrə veriləcəkdir. Qaydalarla bağlı yalan məlumat yayanlara rektor İbrahim Cəfərovdan tutarlı cavabQaydalarla bağlı yalan məlumat yayanlara retor İbrahim Cəfərovdan tutarlı cavab Tələbələrdən tələb olunan isə yüksək nizam intizam, dərsə davamiyyət və yüksək səviyyəli mütəxəssis olmaq üçün bütün tədris vasitələrindən istifadədir. Bir daha qeyd edirəm ki, yeganə amalımız aqrar sahə üçün bazar rəqabətli kadrlar hazırlamaqdır. Daim tələbəmin yanındayam, onun bütün problemlərinin həlli üçün ürəklə çalışıram və çalışacağam, təki Siz normal təhsil alın. Hər birinizə uğurlar arzusu ilə statusu tamamlayıram. Yaşasın ADAU və onun gül ürəkli tələbələri!!!

Azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi