azia.az
azia.az

"Məzunun qafası diplomun rənginə uyğun deyilsə, artıq o diplom bir kağız parçasıdır"

9-12-2019, 01:12

"Məzunun qafası diplomun rənginə uyğun deyilsə, artıq o diplom bir kağız parçasıdır". Bu sözləri rektor İbrahim Cəfərov öz sosial səhifəsində yazıb.

İbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru
"Məzunun qafası diplomun rənginə uyğun deyilsə, artıq o diplom bir kağız parçasıdır"
Əziz tələbələrim, hörmətli izləyicilər, müəllimlər!
2019-2020-ci tədris ilinin başa çatmasına saylı həftələr qalır, həm tələbələr, həm də müəllimlər üçün çətin və məsuliyyətli bir dövrün başlanğıcıdır.

Yeni ildən dərhal sonra imtahan sessiyası başlayır, tələbələr sərbəst işlərini təhvil verir, kurs işi və layihələrin işlənməsinin sonundayıq, bir azdan bu işlərin müdafiəsi başlanacaq, ardınca imtahanlar...

Boloniya təhsil sisteminin tələblərinə uyğun olaraq imtahanlarımız test və şifahi üsullarla keçiriləcəkdir, bütün bu proseslərdə şəffaflıq tam təmin ediləcəkdir, bütün tədbirlər görüləcəkdir, məhz bu prosesdə mənim tələbələrim də prosesin şəffaflığına kömək etməlidirlər, sovetlərdən qalma “tapşırıq” kimi iyrəncliklər tam aradan qaldırılmalıdır.

Bu gün diplomun “rəngi” heç kimi maraqlandırmır, məzunun qafası diplomun rənginə uyğun deyilsə, artıq o diplom bir kağız parçasıdır. Bunu həm müəllimlərimiz, həm də tələbələrimiz anlamalıdır, bilik yeganə meyar kimi ortaya qoyulmalıdır, hər prosesin şəffaflığı, hər prosesin hesabatlılığı Azərbaycan dövlətinin, Kənd Təsərrüfatı Nazirliyinin qarşımıza qoyduğu əsas tələblərdəndir.

Gələn il 100 illiyini qeyd etməyə hazırlaşan universitetimizin qarşısına qoyulan hədəflər kifayət qədər ciddi və məsuliyyətlidir. Hesab edirəm ki, biz bu məsuliyyəti dövlətimiz qarşısında şərəflə daşımağa hazırıq və daşıyırıq. Yolumuz açıq olsun!!!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi