azia.az
azia.az

"Kimsə mənim dərslərimi əvəz edə bilməz, çünki tələbə auditoriyası məni həyatda xoşbəxt edən əsas nöqtədir" İbrahim Cəfərov

9-02-2020, 01:49

İbrahim Cəfərov
"Kimsə mənim dərslərimi əvəz edə bilməz, çünki tələbə auditoriyası məni həyatda xoşbəxt edən əsas nöqtədir"  İbrahim Cəfərov
"Kimsə mənim dərslərimi əvəz edə bilməz, çünki tələbə auditoriyası məni həyatda xoşbəxt edən əsas nöqtədir" İbrahim Cəfərov
Aqrar Universitetin rektoru İbrahim Cəfərov sosial şəbəkə səhifəsində yenə də tələbə -müəllim münasibətlərindən, tədrisin keyfiyyətinə nə qədər diqqət yetirilməsinin vacibliyindən yazdı. Həmçinin İbrahim Cəfərov tədrisin keyfiyyətinə diqqətin yönəldilməsini və nəzarətin gücləndirilməsini ifadə etməklə bildirir ki, bizim bu sahəyə yönəlik bütün səylərimiz həm vətənə xidmət, həm də aqrar gəncliyə diqqətdir. Yazını olduğu kimi dərc edirik.
Əziz dostlar, həyatda hər kəsin tutduğu bir yol var, bu nöqteyi nəzərdən mənim də həyatda öz yolum, həyata öz baxışlarım var. 1989-cu ildə Moskvada K.A.Timiryazev akademiyasında əyani aspiranturanı bitirdim, orada namizədlik dissertasiyası müdafiə edib SSRİ Aqrar Sənaye Komitəsinin göndərişi ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna müəllim gəldim. 1993-cü ildən düz 10 il institututda meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin dekanı işlədim və qərar verdim ki, mənim gələcək həyatım da məhz tələbələrə xidmətlə bağlı olmalıdır, həmin illərdən çox zaman keçsə də mənim tələbəmə olan münasibətim heç bir vəzifədə dəyişməyib. Ali məktəbdə mövcud olan bütün vəzifələrdə işləmişəm, dəyişməyən mənim tələbəmə olan sevgimdir. İllərdir ki, bitki xəstəlikləri üzrə mühazirələr söyləyirəm, rektor olduğum dövrdə də mən dərslərimi yalnız özüm keçmişəm, kimsə mənim dərslərimi əvəz edə bilməz, çünki tələbə auditoriyası məni həyatda xoşbəxt edən əsas nöqtədir, bu semestr də azərbaycan və rus dillərində “ Aqronomluq”ixtisası üzrə II kurs tələbələrinə Fitopatologiya kursu üzrə mühazirələr oxuyacam. İnanın ki, fikirlərimdə tam səmimiyəm, bir tələbəyə belə kiçik bir kömək edib onu gülərüz görəndə sanki göylərdə uçuram. Elə bu da Vətənə xidmətdir, aqrar gəncliyə diqqətdir, bir daha qeyd edirəm ki, mənim tələbəmə olan sevgim, diqqətim, hörmətim, ona olan qayğım illərin sınağından keçmişdir, bu sevgi nə dünən, nə də mən rektor işləyəndən yaranıb, onun tarixi daha qədimdir.Bilmirəm niyə yazdım, amma yazdım.
"Kimsə mənim dərslərimi əvəz edə bilməz, çünki tələbə auditoriyası məni həyatda xoşbəxt edən əsas nöqtədir"  İbrahim Cəfərov
"Kimsə mənim dərslərimi əvəz edə bilməz, çünki tələbə auditoriyası məni həyatda xoşbəxt edən əsas nöqtədir"  İbrahim Cəfərov
"Kimsə mənim dərslərimi əvəz edə bilməz, çünki tələbə auditoriyası məni həyatda xoşbəxt edən əsas nöqtədir"  İbrahim Cəfərov
"Kimsə mənim dərslərimi əvəz edə bilməz, çünki tələbə auditoriyası məni həyatda xoşbəxt edən əsas nöqtədir"  İbrahim Cəfərov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi