azia.az
azia.az

Əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə davam etdirilir

27-10-2019, 16:05

Əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə davam etdirilir
Azərbaycan təhsili özünün ən böyük inkişaf mərhələsini yaşayır. Təhsilin inkişafı ölkəmizin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı göstərir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır.
Bu sahədə qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbər verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksəksəviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub. Beləliklə, Azərbaycan təhsili bu gün özünün ən yüksək inkişaf dövrünü yaşayır.
Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər önəmli amil kimi dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Təhsilin inkişafı, eyni zamanda, ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Qloballaşan dünyanın çağırışlarına uyğun olaraq, təhsil sisteminin yüksək səviyyəyə qaldırılması, təhsilin modernləşdirmə, müasirləşdirmə mərhələsinə mütərəqqi layihələrlə can atan dövlətimizin başlıca hədəflərindəndir. Sürətli tərəqqi yolunda olan respublikamızda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi yönündə yeni hədəflərin müəyyənləşdirilməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması prioritet vəzifə kimi qarşıda durur. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiqlənməsi barədə Sərəncamı böyük əhəmiyyətə malikdir. Sərəncamda dövlətimizin inkişaf konsepsiyasına uyğun olaraq, strategiyamızda davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafına önəm verən, insan resurslarının yetişdirilməsini və idarəedilməsini gerçəkləşdirən müasir təhsil sisteminin yaradılması ön plana çəkilir.
Dövlətin təhsil Strategiyasında qarşıya qoyulan hədəflərdən biri də distant təhsil, təlim- tərbiyə işinin differensiallaşdırılması, inklüziv təhsilə yeni münasibətlə bağlıdır. Differensiallaşdırmanın tərkib hissəsi olan inklüziv təhsilin təşkili sahəsində bütün növ təhsil ocaqlarının fəaliyyəti tədbirlər planına uyğun olaraq daha da genişləndirilmişdir.

Təhsildə maliyyə


Təhsil sahəsində maliyyələşdirmənin dayanıqlı və adekvat olmasını təmin edən, səmərəli və nəticəyönümlü yeni modelinin qurulması da Dövlət Strategiyasında nəzərdə tutulan ümdə məsələlərdən biridir. Hazırda təhsil ocaqlarında müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılması, əməkhaqqı və maddi həvəsləndirmə sisteminin təkmilləşdirilməsi üzrə işlər həllini tapmışdır. Şübhə yoxdur ki, stimullaşdırıcı mexanizmlərin tətbiqi müəllimlərin peşəkarlığının, səriştəlilik səviyyəsinin yüksəldilməsinə, sağlam rəqabətin formalaşmasına müsbət təsir edəcək, hər bir təhsilverənə öz işinə tənqidi yanaşmaq imkanı yaratmaqla inkişaf perspektivlərini göstərəcək və nəticə etibarilə müəllim əməyinin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaqdır.
Ümumiyyətlə, uğurlu təhsil siyasətinin reallaşması və həyata keçirilməsində, nəzərdə tutulan mütərəqqi məqsədlərə nail olunmasında pedaqoji kadrlar və onların hazırlayan təhsil sistemi xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu baxımdan bütün növ təhsil sisteminə - ali, orta və orta-ali, peşə və digər təhsil sisteminə yanaşma, beynəlxalq təcrübəyə uyğun, yeni təlim texnologiyaları və informasiya vasitələrindən professional səviyyədə istifadə olunması və bu yöndə prinsiplərin müəyyənləşdirilməsi, habelə idarəetmə sisteminin təkmilləşdirilməsi və digər bu kimi məsələlərinin həlli böyük əhəmiyyət kəsb edir.
Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb və bu proses davam etməkdədir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, ən ucqar bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son illərdə respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, köhnə tədriz müəəssisələri bərpa və əsaslı təmir edilib.
Dövlətimizin başçısı İlham Əliyev yeni tikilən və ya əsaslı təmir olunaraq istifadəyə verilən məktəblərin açılışında iştirak edir və görülən işlərlə şəxsən tanış olur. Bütövlükdə, son 15 ildə ölkəmizdə minlərlə məktəb tikilərək istifadəyə verilib və ya əsaslı şəkildə təmir olunub. Bu prosesdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, məktəbəqədər müəssisələrin və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, əsaslı təmir və bərpa işlərinin aparılması kimi istiqamətlərdə Heydər Əliyev Fondunun göstərdiyi müstəsna xidmətlər misilsizdir.
Təhsil sahəsinə ayrılan böyük vəsaitlər hesabına bütün tədris müəssisələrinin maddi-texniki təminatı xeyli dərəcədə yaxşılaşıb. Bütün ali məktəblərin müasir texnika və avadanlıqla təchiz olunması üçün xeyli iş görülüb. Hesab edirəm ki, biz hazırda həyata keçirilən islahatların nəticələrini və ölkəmizdə təhsilin keyfiyyətinin yüksəlməsini daha aydın görməkdəyik. Dövlət tərəfindən ardıcıl şəkildə atılan addımlar təhsil sisteminin, idarəetmənin müasir prinsipləri üzrə təşkilinə təkan verməkdədir. Həyata keçirilən islahatlar, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcminin artırılması elm və təhsilin, sosial sahə və institutların inkişafına səbəb olmaqla yanaşı, müxtəlif sahələr üçün yararlı, yüksəksəviyyəli kadr potensialının formalaşdırılması işinə də geniş imkanlar yaradır.


Səxavət Mamedov,
Goranboy rayon təhsil şöbəsinin müdiri

Əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə davam etdirilir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi