azia.az
azia.az

İlham Qəhrəmanın İmza Günü olacaq

25-10-2019, 12:07


Tanınmış şair İlham Qəhrəmanla görüş və kitablarının imza günü keçiriləcək.
İlham Qəhrəmanın İmza Günü olacaq
Karabakhmedia.az xəbr verir ki, 26 oktyabr saat 15:00-da laçınlıların kompakt yaşadığı Yeni Günəşli ərazisində Mərhəmət Kimsəsizlərə Yardım İctimai birliyinin təşəbbüsü və dəstəyi ilə Şair İlham Qəhrəmanın İmza Günü keçiriləcək. Həmin gün oxucular “Laçın” mərasim evində İlham Qəhrəmanın yeni dərc olunmuş "Şairin vətəni sevgidir" şeirlər kitabını özünə imzalatmaq fürsəti əldə edəcəklər. İmza Günündə oxucular həm də İlham Qəhrəmanın buna qədər çap olunmuş "Laçın lətifələri", "Sevgi durna çırağıdır", "Ağlama, qələm eşidir" və toplayıb tərtib etdiyi Sarı Aşığın "Gül dəftəri" kitablarını əldə edə biləcəklər.

Təşkilatçılar xəbər verir ki, tədbirə təşrif buyuranlar eyni zamanda çay süfrəsi arxasında İlham Qəhrəmanın öz və tanınmış qiraət ustası Zülfiyyə Eldarqızının ifasında şeirlərini dinləyə biləcəklər. Tədbirə hər kəs dəvətlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi