azia.az
azia.az

“Böyük ürəyimdə birləşdi xalqım” - Söhrab Tahirin doğum günü + FOTOLAR

28-05-2017, 20:21

“Böyük ürəyimdə birləşdi xalqım” - Söhrab Tahirin doğum günü + FOTOLAR


“Böyük ürəyimdə birləşdi xalqım” deyən Söhrab Tahir Azər Azərin doğum günü münasibəti ilə anım mərasimi keçirilmişdir. İştirakçılar 2-ci Fəxri Xiyabanda S.Tahir Azər Azərin xatirəsini yad etmiş, şairin məzarı üstə gül dəstələri qoymuşlar.

Enter.News xəbər verir ki, şair, tədqiqatçı Qardaşxan Əzizxanlı anım mərasimini açaraq bildirmişdir ki, xalqımız Söhrab Tahirin xatirəsini təkcə görkəmli şair kimi deyil, həm də oxucular tərəfindən sevilən romanlar, hekayələr müəllifi kimi yad edir. O, eyni zamanda, ədəbiyyatşünas alim və ictimai xadim tək tanınırdı. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri olaraq geniş fəaliyyət göstərirdi. Söhrab Tahirin istedadlı gənclərin ədəbiyyata gəlməsində də mühüm rolu olmuşdur.

Jurnalist Novruz Novruzov, Xəzər Universitetinin Təhsil fakültəsinin tələbələri gənc filoloqlar Ləman Həsənli, Ema Niftəliyeva, Həcər Vəliyeva, Xatirə Ağayeva, Aytac Hümbətova şairin xatirəsinə ehtiramlarını izhar etmiş, Nizami rayonu 12 saylı məktəbin şagirdləri Canəli Canəliyev, İbrahim Əhmədov Söhrab Tahir AzərAzərin “Azərbaycanım”, “Təbrizi gəzirəm”, “Ürək”, “Öləndə” adlı şeirlərini səsləndirmişlər.

Tədbirdə iştirak edən şairin həyat yoldaşı Südabə xanım, oğlu Tahir Tahiri 90 yaşlı Söhrab Tahirin son aylaradək gənclik enerjisi ilə yaratmasından, Homerin “İliada” və “Odisseya”sından həcmcə az qala üç dəfə böyük, 70 min misraya yaxın olan “Ata” eposu üzərində necə işləməsindən söz açaraq, şairin xatirəsini yad etdikləri üçün mərasim iştirakçılarına minnətdarlıqlarını bildirmişlər.
“Böyük ürəyimdə birləşdi xalqım” - Söhrab Tahirin doğum günü + FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi