azia.az
azia.az

Nazir üçün müşkülə çevrilən balaca post, bir məktəbin iki direktoru-Cəlilabadda

7-12-2017, 17:54

Nazir üçün müşkülə çevrilən balaca post, bir məktəbin iki direktoru-Cəlilabadda
Cəlilabadın Alar kəndində yerləşən və Lətif Seyfullayev adlı şəxsin qeyri-qanuni şəkildə rəhbərlik etdiyi 2 nömrəli məktəblə bağlı yeni faktlar üzə çıxıb.

BakuPost.az-a daxil olan məlumata görə, məktəbə qeyri-qanuni rəhbərliyi 1 deyil, 2 nəfər edir. Kənd camaatının sözlərinə görə, onun müavini olan keçmiş direktor Həsənağa Əliyevin də bu işlə bağlı rəsmi təyinatı yoxdur.

Belə ki, Həsənağa Əliyev 2015-ci ildə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə direktor vəzifəsindən və 2 nömrəli məktəbdən uzaqlaşdırılıb. Onun yerinə müavini Lətif Seyfullayev təyin edilib. H. Əliyev də məktəbdən uzaqlaşdırılmasına baxmayaraq, müavin kimi fəaliyyət göstərməyə davam edib: "Bəzən isə hətta qeyri-qanuni direktorluq edir. Halbuki Həsənağa Əliyevin adı "direktor müavini” kimi rəsmiləşməyib. Qəribədir ki, Cəlilabad rayon Təhsil şöbəsi Lətif Seyfullayevi direktor, Həsənağa Əliyevi isə direktor müavini kimi tanıyır, onları iclaslara çağırır, tapşırıqlar verir. Onların əməlləri ilə bağlı yuxarı instansiyalara müraciət olunsa da heç bir tədbir görülmür”.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, L. Seyfullayev bu il ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı imtahanda iştirak edib, birinci mərhələdə kəsilib. Digər tərəfdən, L.Seyfullayevlə məktəb direktoru kimi bağlanmış müqavilə bu ilin iyun ayında başa çatıb. Lakin o, hazırda məktəbə rəhbərliyi qeyri-qanuni şəkildə davam etdirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi