azia.az
azia.az

Gənclər Bakıda və regionlarda “xəzinə” axtaracaqlar

28-02-2016, 15:32

Gənclər Bakıda və regionlarda “xəzinə” axtaracaqlar “Xəzinəni Tap” layihəsi 200 nəfərə yaxın gənci “Kod da Vinçi” intelektual komanda oyununda bir araya toplayacaq.

Gün.Az xəbər verir ki, AR Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və DVC-nin (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfdaşlığı ilə keçiriləcək layihə çərçivəsində müxtəlif regionlardan gənclərin iştirakı ilə intellektual komanda-qurucu oyunu üzrə turnir təşkil olunacaq.
Layihə çərçivəsində gənclər Bakı, Gəncə, Şəki şəhərlərində həyata keçirilən turnirlərdə iştirak edəcəklər.
10-a yaxın turdan ibarət olacaq turnirdə komandalar müxtəlif qeyri-formal şəraitlərdə bir-birindən maraqlı zəncirvari sualların “açarları”-nı tapmağa çalışacaqlar. “Açar”-ları ilk öncə tapan gənclərturnirin qalibi elan olunacaq.
Layihənin məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər arasında komanda ruhunun formalaşdırılması, fikir və təcrübə mübadiləsinin aparılması, qeyri-formal şəraitdə kreativ düşünmək bacarığının inkişaf etdirilməsi və onların gələcək əməkdaşlıqlara həvəsləndirilməsidir.
Qeyd edək ki,“Kod Da Vinçi” məntiqi intellektual komanda oyunudur. Bir çox şirkət və qurumlarla DVC-nin birgə təşkil etdiyi oyunun əsas mahiyyəti, komandaların növbəti mərhələyə keçməsini təmin edən “açarların” axtarışıdır. Oyunçular məntiqi tapmacanın “açar”-larını tapdıqdan sonra növbəti mərhələyə keçmək imkanı əldə edirlər. Beləliklə hər mərhələdən sonra yeni mərhələ gəlir. Tapmacanın açarları və ya hər hansı bir cavabı oyun keçirilən meydançanın hər yerində gizlədilə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi