azia.az
azia.az

Ağstafada silahlı şəxslər fermaya basqın etdi

8-02-2016, 11:40

Ağstafada silahlı şəxslər fermaya basqın etdi Maskalı şəxslər 40 baş iri və xırda buynuzlu heyvanı aparıb

Ağstafada fermaya silahlı basqın olub.
Bu barədə zərərçəkən sahibkar İsrafil Abdullayev məlumat verib.
Onun sözlərinə görə, fevralın 3-də gecə saatlarında avtomatlı və maskalı 4 nəfər atlı ona məxsus fermaya basqın edib. Maskalı şəxslər fermada olan çobanlar – 1970-ci il təvəllüdlü Qabil Məmmədov və 1986-cı il təvəllüdlü Ayaz Abdıyevi otağa salaraq qapını arxadan bağlayıb, 40 baş iri və xırda buynuzlu heyvanı aparıblar.
Sahibkarın dediyinə görə, hadisə baş verən günün səhəri çobanlarla birgə heyvanların izinə düşüblər: “Heyvanların ayaq izləri bizi Gürcüstan sərhədinə apardı. Belə məlum olur ki, oğurlanan mal-qaranı Gürcüstana keçiriblər”.
İ. Abdullayev qeyd edib ki, baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanlarına, həmçinin Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat verilib.
Ağstafa rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda Dövlət Sərhəd Xidməti ilə birgə araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi