azia.az
azia.az

Gədəbəydə İcra Hakimiyyətinin yeni binasına ayrılan pul hara gedir? - İDDİA

24-11-2019, 00:25

Gədəbəydə İcra Hakimiyyətinin yeni binasına ayrılan pul hara gedir? - İDDİA
Teref.az yazır ki, feysbuuk sosial şəbəkəsində Gədəbəy İcra hakimiyyəti ilə bağlı ilginc iddia paylaşılıb. Sosial şəbəkənin "Güzgü" səhifəsində yazırlar:
Gədəbəyin Daryurd kəndində binanın döşəməsinin uçması ilə bağlı dərc etdiyimiz yazıdan sonra səhifəmizə daha biabırçı məlumat daxil oldu.
Hazırda Gədəbəy rayon icra hakimiyyətinə yeni bina tikilir. Binanın tikintisinə 3.5 milyon manat vəsait ayrılıb. Həmin vəsaiti rayonun icra başçısı İbrahim Mustafayevlə Maliyyə idarəsinin müdiri Namiq (internetdən əldə etdiyimiz məlimata görə soyadı Məmmədovdur) mənimsəyirlər. Binanın tikintisində fəhlələrə ayrılan pul bu iki şəxsin cibinə gedir və fəhlə kimi DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) Mərkəzinin işçiləri pulsuz işlədilir. Binanın tikintisi yerli sahibkarların hesabına başa gəlir. Rayonda Samir adlı sahibkarın qeyri-yaşayış obyektinin tikintisinə icazə verilib. Bunun müqabilində Samir yeni tikilən icra hakimiyyətinin binasının üz qabığına aqlay vurulmasını öz öhdəliyinə götürüb və yerinə yetirir.
Binanın tikintisi həmin ərazidə yaşayan insanları çox narahat edir. Tikinti ilə yolu tam darladıblar. Həmin yol məkətəbə, uşaq bağçasına və 3000 min sakinin mənzilinə uzanan yoldur. Bu da həmin ərazidə yaşayan insanların gündəlik hərəkətinə maneə olur. Orda yaşayan 3000 min sakinin harayına gələn Tibbi Təcili Yardım, Yanğın Söndürən maşınlarının, yas və toy mərasimlərində iştirak edən insanların hərəkətini çətinləşdirir.
Tikintidə istifadə olunan texnikalar rayonun Kommunal Müəssisələr Kombinatına məxsusudur.
Gədəbəydə İcra Hakimiyyətinin yeni binasına ayrılan pul hara gedir? - İDDİA
Beləliklə güclü maliyyə yeyintisi olur. Bunu icra başçı ilə Maliyyə idarəsinin müdiri əlbir həyata keçirir. Bu iki şəxsin yaxınlığının 15 illik tarixi var. İcra başçısın qardaşı İsgəndər (yəqn ki, soyadı Mustafayevdir) ilə Maliyyənin müdiri Namiqin yeznəsi Saday uzun illərdir yaxın dostdurlar. Buna görə də saxta maliyyə əməliyyatlarını rahat şəkildə icra edirlər.

Göndərdi: Fəqani Hüseynov
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi