Qətər ətrafında yaranan böhran dərinləşdikcə ölkə çətin vəziyyətlə üzləşir.
Mühasirə şəraitində olan Qətərdə ancaq 4 həftəlik taxıl ehtiyatı qalıb. Qida və su ehtiyacı getdikcə artır. Türkiyə ölkənin ərzağa olan ehtiyacını ödəmək üçün hərəkətə keçib. Qətərə ərzağın yük təyyarələri ilə daşınması planlaşdırılır.
8 ölkənin diplomatik münasibətləri kəsdiyi Qətər ehtiyacın aradan qaldırılması üçün İran və Türkiyə ilə müzakirələrə başlayıb. İndiyə qədər əsasən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin sanksiyalaır ilə üzləşən Qətər ancaq 4 həftəlik taxıl ehtiyatına malikdir. Ölkənin qida ehtiyacının 90 faizi idxal hesabına qarşılanır.
Ölkənin illk qida ehtiyacı 5 milyard dollar təşkil edir. İdxal əsasən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hesabına təmin olunur. İdxal məhsullarının 40 faizi Səudiyyə Ərəbistanı sərhədindən keçərək ölkəyə aparılır. Heyvan mənşəli ərzaqlar Səudiyyə Ərəbistanı və Avstraliyadan alınır. Yeni məhsullar isə əsasən Hindistan və Ərəb Əmirliklərindən gətirilir.