azia.az
azia.az

İran parlamentindən ABŞ-a çağırış — Səudiyyə Ərəbistanına qadağa qoyulsun

4-02-2017, 13:37

İran parlamentindən ABŞ-a çağırış — Səudiyyə Ərəbistanına qadağa qoyulsun
İran parlamenti ABŞ-ı Səudiyyə Ərəbistanı vətəndaşlarına da qadağa tətbiq etməyə çağırıb.

İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Huseyn Əmir bildirib: "ABŞ prezidenti Donald Tramp terroru dəstəkləyən ölkələrin adını siyahıya əlavə etməyib. Düşünürəm ki, Tramp hansısa dövlətin vətəndaşlarına ABŞ-a girişi qadağan edirsə, 11 sentyabr hadisəsində iştirak edən dövlətlərin vətəndaşlarına da qadağa tətbiq etməlidir. Amma cənab Trampın siyahısında terrorizmi dəstəkləyən, "Əl-Qaidə" və "İŞİD" qruplaşmasını yaradan dövlətlərin siyahısı yoxdur".

Parlamentari bildirib ki, amerikalı lider Səudiyyə Ərəbistanının vətəndaşlarının ABŞ-a girişinə qadağa tətbiq etməlidir: " Səudiyyə Ərəbistanı son illər regionda terrorizmin yayılmasına ciddi dəstək göstərib. Səudiyyə Ərəbistanı və onun rəhbərliyi Suriyada terrorizmi dəstəkləyir, Bəhreynə hərbi müdaxilə edir".(ölkə.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi