Dünyanın qırmızı kitaba düşən üç qadını-Foto/video
Dünyanın ən uzun boylu qadını ilə dünyanın ən qısa qadını ilk dəfə İngiltərənin paytaxtı Londonda bir araya gəlib.
Xarici KİV-ə istinadən xəbər verilir ki, görüş zamanı dünyanın ən uzun boylu qadını, türk veb tərtibatçısı Rumeysa Gelgi və dünyanın ən qısa qadını, hindistanlı aktrisa Cyoti Amge həyat təcrübələrini bölüşüblər.
Boy fərqinə görə tez-tez göz təması qurmada çətinlik çəksələr də, onlar tanış olmaqdan xoşbəxt olduğunu ifadə ediblər.
Gelgi, "Ortaq cəhətlərimiz var, ikimiz də makiyajı və dırnaq baxımını çox sevirik", - deyə açıqlama verib.