azia.az
azia.az

Mövlud Çavuşoğlu Azərbaycana GƏLİR - ÖZƏL

23-11-2024, 10:52

Türkiyənin sabiq xarici işlər naziri, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, o, 5-6 dekabr tarixlərində Qərbi Azərbaycan İcmasının beynəlxalq  tədbirində iştirak edəcək.

 

Məlumatı saytımıza açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də təsdiqləyib. O qeyd edib ki, tədbirdə 51 ölkədən 700 nümayəndə heyətinin iştirakı gözlənilir.

 

"Burada Türkiyədən də Mövlud Çavuşoğlu, Türkiyə Böyük Millət Məclisinin deputatları Şamil Ayrım, Cantürk Alagöz və digərləri  iştirak edəcək.  Böyük nümayəndə heyətinin gəlişi gözlənilir. Burada Qərbi Azərbaycana qayıdış məsələsi müzakirə obyekti olacaq. Tədbir hər il dekabrın 5-də keçirilir. Çünki  5 dekabr bizim Qərbi Azərbaycandan sonuncu dəfə  deportasiya edildiyimiz tarixdir", - Əziz Ələkbərli  bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi