azia.az
azia.az

İsraildə siyasi katakilizm vətəndaş müharibəsinə səbəb ola bilərmi?

27-03-2023, 08:33

Kamal Əliyev,"Sülh"Araşdırmaları İnstitutunun rəhbəri, politoloq


 İsraildə bir müddətdir Benyamin Netenyahunun başçılıq etdiyi koalisiya hökumətinə qarşı geniş miqyaslı etiraz aksiyaları davam edir. Siyasi aksiyaların səbəbi odur ki,mühafizəkar baş nazir Benyamin Netenyahu, radikal fikirləri ilə önə çıxan milli təhlükəsizlik naziri İtimar Ben Givir və maliyyə naziri Bezalel Smotriçdən təşkil edilən koalisiya hökuməti hüquqi qanunvericiliydə dəyişikliklər etmək niyyətindədirlər. Ümumiyyətlə, İsraildə hazırda baş verən siyasi katakilizmi sekulyarizm tərəfdarları və dindar ultraortadokslar arasındakı siyasi hesablaşma kimi təhlil etmək də mümkündür.Belə ki,İsrail cəmiyyətində indiyəcən mövcud olan, dindar yəhudilər və dünyəvi yaşam tərzinə baglı olan seqmentlər var.Bu gün baş verən hadisələrə nəzər yetirdikdə görmək olur ki, sekulyar yaşam tərzinə yaxın olan yəhudilər mövcud hökumətin Yaxın Şərqin yeganə demokratiyası olan İsraili uçuruma apardıgını düşünürlər.Vurguladıgım kimi, İsrail dünyəvi dövlət sisteminə malik və əhalisinin önəmli hissəsi də sekulyar dəyərlərə inanan ölkədir. Lakin bu ölkədə məlum iki seqment arasında mübarizə davamlı xarakter daşıyır və son zamanlar daha da kəskinləşməkdədir. Maraqlı həm də odur ki, ABŞ və Avropa İttifaqı da B.Netenyahu hökumətinin mövcud hüquqi qanunvericiliyə qarşı dəyişikliklər paketini demokratik prinsiplərə zidd hesab edir.Bununla yanaşı, müxalifət lideri Yair Lapid də bəyan edib ki,hökumət problemi həll etmək üçün müxalifətlə bir masa ətrafında müzakirələrdən qaçır və bu, İsrailin milli təhlükəsizliyinə ciddi problemlər yaradır. Müxalifət bəyan edir ki, hökumət bu həftə Knessetdə hüquq sisteminə təklif olunan əlavələri səsvermə yoluyla qəbul etdikdən sonra məhkəmə hakimlərini də təyin etmə haqqı qazanacaq.Bu isə İsrailin müstəqil məhkəmə susteminə və umumilikdə, demokratiyaya ciddi zərbə vuracaq. Dünən müdafiə naziri Yoav Qallantı qəbul edən baş nazir Benyamin Netenyahu ona deyib ki, o, artıq nazir kimi hökumətin inamını itirib. Bundan sonra isə Netenyahu Qallantı vəzifəsindən azad edib. Hərçənd,Yoav Gallant hökumətin "hüquq islahatlarına"qarşı oldugunu bəyan etmişdi. Belə demək mümkünsə, Qallantın istefaya göndərilməsi paytaxt Təl-Əviv və bütün ölkə boyunca etirazları daha da dərinləşdirib. Etirazçılar, İsrail cəmiyyətindəki liberal seqment hesab edir ki, hüquqi qanunvericiliyə ediləcək dəyişikliklər palament çoxlugunu Ali Məhkəmənin qərarlarını qüvvədən salmaq üçün imkan yaradacaq və bu da məhkəmə hakimiyyətinin müstəqilliyinə kölgə salacaq. Netenyahu hökuməti isə iddia edir ki,"hüquqi islahatlar"icra orqanı ilə məhkəmə hakimiyyəti arasında balans yaradacaq və liberal simpatiyalara malik məhkəmələrin siyasi proseslərə müdaxilə imkanlarını minumuma endirəcək. Lakin hökumətin təklif etdiyi hüquqi dəyişik planına baxdıqda, görmək mümkündür ki, təkliflər demokratiyaya ziddir və konkret olaraq məhkəmə hakimiyyətini hökumətdən asılı hala gətirir.Son üç ayda koalisiya hökumətinin dəyişiklik paketinə qarşı xeyli iş adamı, ehtiyyatda olan hərbçilər də etiraz edir.Iş dünyası hesab edir ki, Netenyahu hökumətinin hüquqi təklifləri xarici investorları İsraildə sərmayə yatırmaqdan çəkindirir.Yəni, bu o deməkdir ki, xarici investorlar liberal iqtisadi modeli üstün tuturlar və azad məhkəməsi olmayan ölkəyə sərmayı yatırmırlar. Beləliklə, İsraildə siyasi vəziyyət daha da kəskinləşməkdədir və bu, mümkündür ki, müəyyən mərhələdə vətəndaş müharibəsinə də çevrilsin. Digər bir variant isə Netenyahu hökumətinin növbədənkənar parlament seçkiləri təyin etməsi ola bilər. Qarşıdan gələn həftə İsraildə siyasi stabillik, yəhudi dövlətinin demokratiyası üçün olduqca kritik dövrdür. Artıq bugündən ölkədəki universitetlər də tətilə gedəcəklərini açıqlayıblar. Hətta mümkündür ki, İsrailin xarici ölkələrdəki səfirləri də vəzifələrindən istefa etsinlər. Yaxın iki həftə İsrail dövləti üçün həlledici mərhələnin olacagını proqnizlaşdırmaq o qədər də çətin deyil.Şübhəsiz ki, ən pis variant İsraildə vətəndaş müharibəsi perspektividir.

 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi