azia.az
azia.az

Din adı altında gizlənmiş fars milliyətçiliyi

11-02-2023, 16:15



Kəlam Hüseynov, politoloq

Azərbaycan – Tehran əlaqələrindəki faktiki gərginlik pik həddindədir . Hər keçən gün narazlığın artdığının şahidi oluruq . Qarşılıqlı ittihamlarlar davam edir. Ən əsasıda budur ki, Azərbaycan və Tehran hazırkı duruma görə günahı qarşı tərəfdə axtarır . Ola bilsinki , bu səbəbdən ikitərəfli münasibətlərdə mövcud ziddiyyətlər daha da artırır. Belə ki, Tehran Azərbaycan – İsrail əlaqələrindən narahatlığını bildirir . İran hökuməti düşünür ki , İsrail onun şimal sərhədlərində möhkəmlənərək fars molla rejiminin sonunu gətirəcək . Məlum olduğu kimi rəsmi Tehran ” din pərdəsi ” altında gizlənərək islam coğrafiyasında və ümumiyyətlə dünyada terroru , separatizmi və narkomaniyanı təbliğ edir və bu üç vasitədən məharətlə istifadə edir. Beynəlxalq aləmin mübarizə apardığı terror, separatizm və narkomaniya fars molla rejiminin yaşam mənbəyidir . Əslində bunun tarixi ənənəsi var.
 

Fars ruhunda narkotika


 Fars inancında savaşdan əvvəl narkotik maddələrin qəbulu məqbul hesab edilir . Tarixi fars zorastr təlimində bəhram tanrısının Haoma (hind dinində bu içkinin adı Saoma) adlanan bihuş edici içki içilməsi məlumdur . Fars düşüncəsində Haoma içkisi insan ruhunu gücləndirərək ona cəsarət verir . Bəhramın farslara miras qoyduğu bu içki inək südü ilə narkotikanın qarşığından hazırlanır . Farslar islam dinini qəbul etsələr də mənəvi dəyərlərini unutmamış və Haomaya olan inamlarını bu günə qədər saxlayırlar .
 

Fars milli düşüncəsində terror

.
 Həsən əs Sabbah və onun tərəfdarları ilk baxışdan islam dinini təbliğ etsələr də, əslində din pərdəsi altında onların riyakar məqsədləri var idi . Belə ki, onlar bütün dini ayinlərini farsca aparır və əslində islam pərdəsi altında əski sasani fars dövlətni və ideologiyasını yenidən bərpa etməyə çalışırdılar . Alamut qalasını özünə mərkəz seçən fars həşişilər terror vasitəsi ilə özlərinə rəqib olan hər kəsi qətl edir və törətdikləri terroru dini cəhətdən əsaslandırmağa çalışırdılar . Həşişilər arasında terrorçulara fədailər deyirdilər ki , bu şəxslər də uyuşdurucunun təsiri aıtında Həsən əs Sabbah və ondan sonra olan həşişi başçılarının əmri ilə müxtəlif insanları öldürürdülər . Əski həşişi düşüncəsini islamlaşdırmış iran fars mollaları bu gün də həmin metodlardan istifadə edir .
 

Fars fransız birliyi


 1103-cü ildə Həsən əs Sabbah tərəfindən Nizari ismayıllı təşkilatının başına fars kökənli Əbu Tahir əs Sayiq gətirildi . 1109 –1113-cü illərdə Mosul Səlcuk Atabəyi olan Mövlud İbn Altuntaş 1110-cu ildən etibarən bir zamanlar xaçlı franklar ( fransızlar ) tərəfindən işğal edilmiş əraziləri azad etmək üçün onlara qarşı yürüşlər təşkil etməyə başladı . Lakin Səlcuk Türk sərkərdəsini frank xaçlıları islam dini adı altında gizlənmiş Həsən əs Sabbahın əli ilə qətlə yetirdilər .
 Bu gün tarix təkrarlanır . Regionda ermənistan üzərindən fransız fars birliyinin şahidiyik . Belə ki, İranın ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri fransız silahlı birləşmələrinin Ermənistan – Azərbaycan sərhədinə gəlməsini məqbul hesab edir . Həmçinin ölkəmizi açıq şəkildə təhdid etməkdən çəkinmir. Bu baxımdan Tehran diplomatı məlum fikiri ilə təmsil etdiyi fars hökumətinin iç üzünü bir daha sübut etmiş oldu.
 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi