azia.az
azia.az

LERİKDƏ NASİRLƏ GÖRÜŞ

16-09-2022, 12:05

LERİKDƏ  NASİRLƏ GÖRÜŞ

 

Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin qurultayı ərəfəsində tanınmış nasir-publisist Qəni Camalzadə ilə görüş keçirilib. Hələ Sovet dönəmində satirik hekayələri «Kirpi» jurnalında, «Ədəbiyyat qəzeti»ndə, «Azərbaycan gəncləri» kimi populyar mətbuat orqanlarında çap olunan, az sonra kitabları nəşr edilən yazıçı haqqında söz açan aparıcı Ağacəfər Həsənli fikirlərini belə yekunlaşdırdı: 

- Qəni Camalzadənin ondan yuxarı kitabı çap üzü görüb. «Fosforlu əkizlər», «Karxana» kimi irihəcmli romanlarına «Azərbaycan» dərgisi yaşıl işıq yandırıb. Son vaxtlar çıxan «Kiaskarın axırıncı savaşı» və «Şeytana daş atanlar» əsərləri (romanları) oxucular tərəfindən razılıqla qarşılanıb, ona  geniş hörmət qazandırıb. Qəni çağdaş nəsrimizin talantlı nümayəndəsidir, hələ sözünü tam deməyib. 

Kulturoloq Aydın Xan Əbilov və Əməkdar jurnalist İdris Şükürlü çıxışlarında yazıçı həmkarına yüksək dəyər verdilər və romanların ayrı-ayrı məziyyətlərindən danışdılar. Ziyalı Qəhrəman Əliyev nasirin adını eşitdiyini, kitablarını burda gördüyünü söylədi və avtoqrafla nasirin bir neçə əsərini əldə etdi. Tarixçi Hüseynbala Əliyev isə özünəməxsus şəkildə qədim Midiya dövlətinin taxt-tacından bəhs edən «Kiaskarın axırıncı savaşı» romanının zidiyyətli cəhətlərinin təhlilini apardı. Haqlı olaraq göstərdi ki, bədiilik başqa, tarixilik bambaşqa. Müəllif  onunla razılaşdı və gələcək nəşrlərində mühüm qeydləri  nəzərə alacağını dedi.

Tədbirə qatılan Lerik  Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov bu cür ədəbi görüşlərin əsasını Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Prezident İlham Əliyevin dəstək durduğunu xatırlatdı. Mədəniyyətin, ədəbiyyatın xalqın təfəkküründə, qəlbində həmişə iz buraxdığını vurğuladı. 

Çıxışçılardan Əlisəfa Həsənov, şair Mirzəxan Abasov, Milli Qəhrəmanların Tanıtma Birliyi Nərimanov Rayon Təşkilatının koordinatoru, polkovnik qazi Əqdəm Məmmədov, Ələkbər Hüseynov ürək sözlərini ifadə elədilər. Şəhid ailələrin üzvlərinə müəllif kitablar bağışladı, diplomlar verildi. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi