azia.az
azia.az

İslamiada: Polisimiz 4-cü qızılı qazandı

16-05-2017, 15:01

Azərbaycan atıcısı Ruslan Lunyov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 10 m məsafədən pnevmatik tapança ilə atəş açma yarışının finalına yüksəlib.

Trend-in məlumatına görə, təmsilçimizin göstəricisi 574 xal olub.

Digər atıcılarımız Rəsul Məmmədov və Tahir Ağazadə təsnifat mərhələsində mübarizəni dayandırıblar.

***

Azərbaycan atıcısı Ruslan Lunyov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında dördüncü qızıl medalını qazanıb.

Kişilərin 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında 240.7 xal toplayan təmsilçimiz rəqiblərindən daha dəqiq olub.

İkinci yeri Türkiyə idmançısı Yusif Dikec (239.7), üçüncü yeri isə pakistanlı Muhammad Şehzad Aktar (218.6) tutub.

Xatırladaq ki, R.Lunyov Bakı-2017-də kişilər arasında 25 m məsafədən tapança ilə atəş açma, 25 m məsafədən tapança ilə sürətli atəş açma və 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında qızıl medal qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi