azia.az
azia.az

Güləşçilərimiz olimpiadaya doğru

22-04-2016, 10:27

Güləşçilərimiz olimpiadaya doğru Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri start götürüb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanacaq.
Turnirin ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparır.
98 kq
1/16 final - Yerulan İskakov (Qazaxıstan) - Orxan Nuriyev 2:4
1/8 final - Orxan Nuriyev - Radoslav Pavel Qrzibiçki (Polşa) 1:3
Qeyd edək ki, güləş yığmalarımız bu günədək Rio-de-Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıblar. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi