azia.az
azia.az

Bu gün ən çox müzakirə olunan nağılın TAM MƏTNİ - Uşaqlara namus cinayəti təbliğ edilir

2-09-2018, 08:01

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən şəhid Tərlan Heybətov adına 126 saylı tam orta məktəb ləğv olunacaq.

Bu barədə BakuPost-a məktəbin müəllim heyəti məlumat verib. Onların sözlərinə görə, bir neçə gün əvvəl Təhsil Nazirliyinin nümayəndəsi məktəbə gələrək, kollektivlə görüş keçirib. Müəllimlərə sözügedən məktəbin bağlanacağı və yaxınlıqdakı "Vətən” idman məktəbinə birləşdiriləcəyi deyilib. İbtidai siniflərin qonşu 244 nömrəli tam orta məktəbə köçürüləcəyi bildirilib, müəllimlərin taleyi barədə isə heç bir söz olmayıb.

5 yaşlıların qeydiyyat səhifəsində 126 nömrəli məktəbin müəllimlərinin adlarının olmaması sualı isə hələ Təhsil Nazirliyinin o işə baxan işçisinin məzuniyyətdə olması ilə izah olunub.

Bundan başqa, müəllimlər bu qədər uşağın 244 nömrəli məktəbə yerləşməyəcəyini deyir.

Müəllimlər məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb. Onlar Təhsil Nazirliyinin 1005 nəfərlik tam orta məktəbi 80 nəfərlik idman məktəbinə qurban verdiyini yazıblar.

"Abay Kunanbayev 95 ünvanında 2 tam orta məktəb, 3 bağça və 6 seçki məntəqəsi fəaliyyət göstərir. Məktəblərin ərazisində 3 göydələn inşa olunub. O binalardan gələn şagird sıxlığının qarşısında 1 məktəb - 244 saylı məktəb necə fəaliyyət göstərəcək? Binəqədi rayonu, 7-ci mikrorayonun ərazisində 2 məktəbdən 1-nin idman liseyi, digərinin tam orta təhsil müəssisəsi olması şagird sıxlığının qarşısını ala biləcəkmi? 2019/2020-ci tədris ilində ibtidai bazası olmayan bir məktəbdə 5-11-ci siniflərdə şagird azlığı olacağı təqdirdə həmin siniflərdə işləyən fənn müəllimlərinin aqibəti necə olacaq?” – deyə müraciətdə qeyd edilib.

Bakı Şəhər Təhsil İdarəsi BakuPost-un məsələ ilə bağlı sorğusunda cavabında faktın doğruluğunu təsdiqləyib. Qurumdan bildirilib ki, təhsil naziri Ceyhun Bayramov məsələ ilə bağlı 20.07.2018-ci il tarixdə əmr imzalayıb.

"Ölkəmizdə uşaq və gəncləri sağlam həyat tərzinə istiqamətləndirmək, idmana meyl və marağı olan məktəbyaşlı uşaqları aşkara çıxarmaqla onların mənəvi və fiziki inkişafının təmin edilməsinə şərait yaratmaq, yüksək səviyyəli idmançılar hazırlamaq, habelə məktəblilərin potensial imkanlarının davamlı inkişafı üçün əlverişli infrastruktur və səmərəli tədris-idman sisteminin yaradılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 20.07.2018-ci il tarixli əmr imzalanıb.

Bu məsələ ilə bağlı avqustun 29-da məktəbin kollektivi ilə görüş keçirilib. Görüşdə müəllimlərin sualları cavablandırılıb. Bildirilib ki, Təhsil Nazirliyinin tabeliyindəki "Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi ilə Bakı şəhəri 126 nömrəli tam orta məktəbin bazasında "Vətən” İdman liseyinin yaradılması tədrisə və müəllim kollektivinin fəaliyyətinə müsbət təsir göstərəcək”.

Müəllimlərin taleyi ilə bağlı suala isə belə cavab verilib: "Müəllimlərin dərs yükündə azalma hallarına yol verilməyəcək. Məktəbin ibtidai təhsil səviyyəsinin şagird və müəllimləri 244 nömrəli tam orta məktəbə köçürüləcək.

Müəllimlərin və valideynlərin naratlığına heç bir əsas yoxdur”.

Nigar Etibar
Bu gün ən çox müzakirə olunan nağılın TAM MƏTNİ - Uşaqlara namus cinayəti təbliğ edilir
Bu gün ən çox müzakirə olunan nağılın TAM MƏTNİ - Uşaqlara namus cinayəti təbliğ edilir
Bu gün ən çox müzakirə olunan nağılın TAM MƏTNİ - Uşaqlara namus cinayəti təbliğ edilir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi