azia.az
azia.az

Məleykə Abbaszadədən AÇIQLAMAı: "Məsələni nəzarətə götürmüşəm"

Bu gün, 14:22

"Bu həftə tələbələrimiz sosial mediada C bloku ilə bağlı müraciət ediblər. Məsələni nəzarətə götürmüşəm".

Xəbər verilir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Məleykə Abbaszadə sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, bu məsələ ilə bağlı ayırdığı işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq: "Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm".

Xatrıladaq ki, BDU-nun C blokunda təhsil alan tələbələr universitetin rektoru Məleykə Abbaszadəyə müraciət edərək tədris şəraitinin yaxşılaşdırılmasını xahiş ediblər. Tələbələrin sözlərinə görə, korpusun yerləşdiyi ərazidə magistral yolun səsi, eləcə də yaxınlıqdakı qəssabxana və avtomobil yuma məntəqəsindən gələn səslər dərs prosesinə mane olur və onların diqqətini yayındırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi