azia.az
azia.az

600 bal toplayanların ən çoxu I qrupdadır

Bu gün, 10:21

2025-ci il qəbul imtahanlarında 600 və daha yuxarı bal toplayan abituriyentlərin ixtisas qrupları üzrə bölgüsü açıqlanıb.

Xəbər verilir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunan "2025-ci il tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallar"da məlumat verilib.

Bildirilib ki, bu il 600 və yuxarı bal toplayan 3233 nəfərin ən çoxu I ixtisas qrupunun payına düşüb.

Statistikaya əsasən, yüksək nəticə göstərənlərin 1037-si I qrup, 1012-si III qrup, 968-i IV qrup, 218-i isə II qrup üzrə imtahan verən abituriyentlər olub.



Arifə Kərimzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi