azia.az
azia.az

Müəllim valideynlərdən zinət əşyası tələb edib? - AÇIQLAMA - VİDEO

7-06-2025, 13:22

Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası tələb etməsi ilə bağlı iddialar yayılıb.

Xəbər verilir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Görüntülərin rayonun Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbdə işləyən Günel adlı müəllimin təşkil etdiyi məclisdə çəkildiyi bildirilir. Videoda sıraya düzülən qadınlardan biri müəllimənin barmağına qızıl üzük taxır.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən faktla bağlı araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi