Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəb haqqında BÜTÜN HƏQİQƏTLƏR... FAKTLARLA!!!
Atalar yaxşı deyib: Bir deyənin olunca, min yeyənin olsun"
Elə bu sözün üstündən sizə son zamanlar həm bizim saytda, həm də başqa saytlarda gördüyünüz bir xəbər haqda açıqlama vermək istəyirik. Belə ki,
Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəb haqqında son zamanlarda şikayətlər və bir sıra informasiyalar saytımıza daxil olmuşdur. Biz də qarşı tərəf kimi direktor
Ceyhun Cahangirov ilə əlaqə yaratdıq. Çox səmimi bir şəkildə bütün suallarımızı cavablandırdı və başqa şəxslərlə də məlumatlarımızı dəqiqləşdirdik. Nəhayət hazırladığımız yazını sizlərə təqdim edirik.
Ceyhun Cahangirov direktorların imtahanı vasitəsilə həm test, həm də müsahibə mərhələsindən 2015-ci ilin avqust ayında uğurla keçmiş və Quşçular Kənd tam orta məktəbində direktor kimi fəaliyyət göstərmişdir. Sözün əsl mənasında məktəbin uğurları, nizam-intizamı, şagirdlərin və müəllimlərin müvəffəqiyyətləri, o cümlədən, kənd əhalisinin rəyi hər mənada Ceyhun müəllim haqda müsbət olmuşdur. Valideynlər, müəllimlər, məktəb göstəriciləri, birmənalı olaraq, Ceyhun müəllimin həm insan kimi zəngin keyfiyyətlərə sahib olması, həm də direktor kimi uğurlu idarəetmə sisteminin olmasından xəbər verir.
Bu məharətindən ötrü direktoru hazırda işlədiyi M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbinə yönəldib məktəbi intizamsızlıqdan, problemlərdən qoruyub güclü idarəetmə olan bir yerə çevirməsini xahiş etdilər. Həqiqətən də məktəbin ilk halı ilə Ceyhun müəllim gəldikdən sonrakı halını müqayisə etsək, şəkil dilə gələr. Çünki demək olar ki, yeni məktəb olmasına baxmayaraq, zəng (zil) işləmirdi, ayaqyolunun qapları sınıq, su sistemi problemli, həyət baxımsızlıqdan bərbat halda idi. Hazırda isə hər şey bərpa olunmuş, məktəb həyəti isə tam bir Cənnətə çevrilmişdir. Çünki həyətdə nə az-nə çox 250 ağac əkilmişdir. Həqiqətən gözoxşayan bir mənzərə yaranıb.
Gələk, Ceyhun Cahangirov haqqında yayılan xəbərlərin əslinə...
Məsələ burasındadır ki, məktəbin musiqi müəllimi keçmiş regional müdirin vaxtında 3 aylıq müddətli direktor müavini təyin edilsə də, yeni regional müdir təyin edilməsi ilə vəziyyət dəyişmiş (araşdırmada müsahibədən kəsilməsi təsdiqlənmiş) və müqavilə bitimində daimiləşmə sözü həyata keçməmişdir. Belə ki, metodbirləşmələrin ləğvi ilə əlaqədar Nazirlikdən birbaşa əmr ilə yeni bir müavin təyin edilmişdir. Amma Nazirlikdən gələn birbaşa əmri qəbul etmir, bununla da, Ceyhun müəllimlə soyuq müharibə elan etmişdir. Elə bütün problemlər də burdan başlanmışdır.
Biz də sayt olaraq hər iki kənddən və şəhərdən Ceyhun müəllimi araşdırdıq. Tək özü ilə danışmaqla deyil, ətrafdakıların rəyi ilə də tanış olduqdan sonra bu yazımızı sizlərə təqdim edirik.
1. Ceyhun müəllimin çox kobud söyüşlər söyməsi, şagird döyməsi, müəllimləri alçaltması kimi bütün xəbərlər böhtandır. Kimdən soruşsaq, Ceyhun müəllimi əsl ziyalı kimi təqdim etdi. Üstəlik kasıb uşaqları öz cibindən pul verərək imtahana göndərməsi, olimpiyadada yer tutan şagirdlərin valideynlərinə şəhərə, rayona yola salarkən maddi dəstək olması, özünün isə xarakter etibarılə dürüst, əxlaqlı olmasını bildirdilər.
2. Adı gedib özü gəlməyən işçilərin ləğvi, məktəbdə abadlıq işləri görməsi, nizam-intizam yaratması, ədaləti dərs bölgüsü etməsi, məktəbin müvəfəqiyyətlərinin artması, yeyintinin ortadan qalxması həm yoxlamalar, həm araşdırmalar, həm də əhalinin rəyi əsasında təsdiqlənmişdir.
3. Direktor müavinin pulyığma videosunda əslində direktorun əmisioğlunun 3 mərasiminə getməsi üçün bütün müəllimlərin avtobus tutaraq getməsi və onun pulunu yığması öz təsdiqini tapmışdır. Qeyd edək ki, ölüm halı həqiqətən vardır. Fakt təsdiqini tapmışdır.
4. Poster pulu yığımı əslində müəllim iclasda açıq-aydın Nazirlik tərəfindən yeni simif qaydaları göndərilmiş və mütləq hər sinfə vurulmalıdır, "istəyirsiniz özünüz yazın, istəyirsiniz A4 ə yazın, istəyirsiniz səliqəli xətlə ramkada yazın." - deyə bildirmiş, bəzi müəllimlər isə elə pul yığıb səliqəli poster alarıq demişdir. Amma vaxt keçməsinə rəğmən müəllimlər məsələni həll etmədiyindən səsyazıda da qeyd olunduğu kimi, müəllim axı demişdiniz həll edəcəyik, bəvaxt keçir, həll edin-demişdir. Yəni poster pulu yığmaq deyə bir anlayış yoxdur.
5. Direktorluğa qəbulu qanuni sənədlə və imtahanla (test+müsahibə) olmuş və əmri tam qanunauyğun şəkildə verilmişdir. Direktorluq üçün heç bir şirinlik verilməyib.
Deyəsən, bizim Yusif Səttar qorxumuz ömürlükdür. Hər zaman öyrəşmişik Şah Abbaslara, indi ədalət bizə ağır gəlir. Təəssüf edirik...
Məktəbin şəkillərini sizə təqdim edirik: