Həbs edilən məktəb direktoru ötən il işdən çıxarılıbmış - RƏSMİ
Rüşvətə görə həbs edilən Fəxrəddin Həsənov ötən il vəzifəsindən azad edilib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Ağsu rayonu Rəhimli kənd S.Mikayılov adına tam orta məktəbin direktoru işləmiş Həsənov Fəxrəddin Həsənqulu oğlu əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə 03.07.2024-cü il tarixində tutduğu vəzifədən azad edilib.
"Bununla yanaşı, Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən adıçəkilən təhsil müəssisəsində aparılmış yoxlama zamanı sabiq direktorun əmək fəaliyyəti dövründə dövlət əmlakını mənimsəməsi də aşkarlanıb və toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib", - açıqlamada qeyd olunur.
***
10:32
Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.