azia.az
azia.az

Şagirdlərinə müştəri gözü ilə BAXANLAR

31-10-2024, 08:15

İmtahana hazırlaşan abituriyentlərin əsl köməkçiləri məhz repetitorlardır. Şagirdləri imtahana və suallara hazırlayan bu fəaliyyət müsbət cəhətlərilə yanaşı, mənfi cəhətlərilə də müzakirə olunur. Belə ki, repetitorluğun uşaqların məktəbdən daha çox yayınmasına təsir etməsi, uşaqların həm məktəb, həm də hazırlığa getməsiylə yaranan psixoloji, fiziki yorğunluq və s. Belə cəhətlərdən biri də repetitorların eyni anda 15-20 uşağa belə dərs keçməsidir. Təbii ki, bu bir çox uşağın narazılığına səbəb olur.

Məsələ ilə bağlı təhsil eksperti Elmin Nurizadə Bizim.Media-ya açıqlamasında bildirib ki, müəllimlərin “sinifdə şagird sayı çox olduğu üçün dərs keçə bilmirik” arqumenti yanlışdır. 

 “Madam ki, məktəbdə şagirdlərin sayı çoxdu deyə dərs keçə bilmirlərsə, niyə 25 nəfər hazırlığa gəlir? Bunu edə bilir, 20-25 uşağa uğurla dərs keçirsə, deməli eyni anda o qədər uşağa yaxşı dərs öyrətmək mümkündür. Güclü repetitorun yanına elə öz şagirdləri gəlir, deməli, müəllim şagirdinə uğur qazandıracaq metodikanı da bilir”.

Bəs müəllimlər şagird sayını nə üçün belə artırır?

Ekspert deyir ki, hər bir repetitor üçün yanına hazırlığa gələn şagird həm də onun müştərisidir. Müştəri sayının çox olması üçün də onlar sayı artırırlar:

“Repetitorluq qiymətləri də ildən-ilə artır. Nəzərə alan, güzəşt gedən repetitorlarla yanaşı, qiymətləri şişirdənlər də var. Bizdə olan hazırki repetitorluq prosesi faciədir. Azərbaycandakı repetitorluq fəaliyyəti tamamilə ayrı prosesdir. Təhsil sistemimiz 2 qrupa bölünür: Məktəb və repetitorluq... Birinin proqramı Elm və Təhsil Nazirliyindən, digərinin proqramı isə Dövlət İmtahan Mərkəzindən asılıdır. DİM repetitorlar üçün rəsmi olaraq proqram hazırlanmasa da, onun hazırladığı  sual mexanizmi fərqli tədris proqramına söykənir. Repetitorlar Elm və Təhsil Nazirliyinin yox, məhz Dövlət İmtahan Mərkəzinin hazırladığı proqram vasitəsilə təkmilləşdikləri üçün məktəb amilinə ciddi zərər vururlar”.

Elmin Nurizadə repetitorluğun nə qədər əziyyətli iş olduğunu da qeyd edib:

“Bu, kifayət qədər əziyyətli işdir. Valideynlər sadəcə öz uşaqları üçün əziyyət çəksə belə, repetitor hazırladığı bütün uşaqlar üçün psixoloji əziyyət çəkir”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi