"Demək olar ki, bu məktəbi valideyinlər komitəsi idarə edir və pul yığımınada onlar start verdilər!"
Mehdiabad qəsəbəsi 1 saylı məktəbdə valideynləri "sağırlar"
Hər il olduğu kimi 5 oktyabr Müəllimlər günü ilə əlaqədar bəzi məktəblərdə yenə pul yığılması prosesinə başlanılıb.
Halbuki Elm və Təhsil Nazirliyi hər il olduğu kimi bu il də 5 oktyabr - Müəllimlər Günü ilə bağlı məktəblərə təlimat göndərib.
Müəllimlər Günü ilə bağlı pul yığılan məktəblərdən biri də Mehdiabad qəsəbəsi 1 saylı tam orta məktəbdir.
TEREF yazır ki, bunu poçtumuza daxil olan məqalədə müəllif yazır. Müəllif daha sonra yazır:
Demək olar ki, bu məktəbi validenylər komitəsi idarə edir.
Təxminən bir həftə əvvəl direktor Pənah Babayev və müəllimlər dedilər ki, Müəllimlər günü ilə bağlı pul yığılmasın, qiymətli əşyalar alınmasın. Kim istəsə ürək sözləri yazılmış kiçik konvertlər, gül gətirə bilər. Amma bu sözdən sonra pul yığımına start verildi.
Mehdiabad qəsəbəsinin 1 saylı məktəbində valideynləri inək kimi sağırlar. Məktəb açılan kimi fond pulu yığdılar. İndi də Müəllimlər Günü pulu yığırlar. İbtidai siniflərdən 10 manat, 5-7 siniflərdən 15 manat, yuxarı siniflərdən isə 20-25 manatdan pul yığılıb. Bütün işləri isə valideyin komitəsi görür.
Dəfələrlə demişik, direktor deyir ki, ad çəkin, mənim xəbərim yoxdur.
QEYD: Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF