Müəllimlərə ŞANS VERİLDİ
Bugünlərdə ölkədə yenə sertifikasiya prosesinin müsahibə mərhələsi keçirilib.
Qeyd edək ki, sertifikasiya ilə bağlı qaydalarda müsahibə mərhələsinin qiymətləndirilməsi meyarları qeyd olunub. Burada həm meyar, həm də hər meyar üzrə əmsal nəzərdə tutulur. Maksimum bal 40-dır. Bu balın 50%-ni yığan namizədlər artıq mərhələni keçmiş hesab olunur. Yəni şəxs artıq 50%-dən yuxarı balı toplayıbsa, ona artımlar şamil edilir. 2022-ci ildə müsahibə mərhələsində 8784 nəfər təhsilverən iştirak edib və onlardan 8751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçib.
Bu isə o deməkdir ki, ikinci mərhələyə – müsahibəyə buraxılan müəllimlərdən 33 nəfər 20 baldan az topladığına görə sertifikatlaşdırmadan keçməyib. 2023-cü ildə isə 8 sentyabr tarixində keçirilən təkrar sertifikatlaşdırma müsahibələrində 1376 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. 14 oktyabr tarixinədək təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində isə 21883 nəfər təhsilverən iştirak edib.
İştirak edən təhsilverənlərdən 21784 nəfəri uğur qazanıb. Cari ildə isə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 23-24 sentyabrda təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb. Qeyd edək ki, müsahibə mərhələsində iştirak edən 2 370 təhsilverən uğur qazanıb, 2 təhsilverən isə müsahibə mərhələsinin minimum tələbini ödəmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilib.
Sertifikasiya prosesinin müsahibə mərhələsindən kəsilənlər növbəti ildə test və müsahibə mərhələsində yenidən iştirak edirmi?
Müəllimləri düşündürn bu suala Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirmişdi bu müəllimlərin yalnız müsahibə mərhələsində iştirak etməsi kifayət edəcək.
Yəni müsahibə mərhələsindən kəsilən müəllim bir il işləmək imkanı qazanacaq və növbəti dəfə ancaq müsahibə mərhələsinə qatılacaq. Əgər ikinci dəfə də müsahibə mərhələsindən keçməsə, müqaviləsinə xitam veriləcək.
Nigar Abdullayeva