azia.az
azia.az

Məktəb direktorundan Samirin xanımının iddialarına cavab

24-09-2024, 21:56

Müğənni Samir Piriyevin həyat yoldaşı Anara qızı Fərəhin təhsil aldığı 42 saylı məktəbin direktorundan şikayət edib. Buna səbəb direktorun sənətçinin qızının geyimini tənqid etməsi olub. Anaranın sözlərinə görə direktor onun qızına “Bu ətək məktəb üçün deyil” iradını bildirib.

Azia.az bloqu bildirir ki, sözügedən məsələ ilə bağlı 42 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həmidova oxu.az-a açıqlama verib.

O vurğulayıb ki, digər şagirdlər kimi Fərəhə də irad tutub:

“Məktəb direktorunun uşağa irada tutmağa ixtiyarı yoxdur? Məktəbin 1700 şagirdindən biri kimi Fərəhə də demişik ki, bu açıqrəngli yubkadır, bir az tünd olmalıdır. Onu söyüb, təhqir edib, şəxsiyyətinə xələl gətirməmişik ki?! İndi Samir Piriyevin qızıdır deyə ona xüsusi münasibət göstərilməlidir? Bizim məktəbli formamız boz ətək, mavi köynəkdir. Biz də bunu tələb edirik”.

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi