Xəbər verilir ki,Təhsil ekpserti Ramin Nurəliyev yenisabah-a açıqlamasında bu barədə sualları cavablandırıb:
Ekspert bildirib ki, xüsusilə, 1-ci ixtisas qrupunda balların yüksəlməsi çox ciddi ehtimaldır:
“Hətta bu qrupda 100 bala qədər artan ixtisasların olacağını müşahidə edə bilərik. Keçən il suallar çətin olduğu üçün balların aşağı olması nəzərə çarpırdı. Bəzi ixtisaslarda 100 bala qədər azalma var idi. Bu il isə tamamilə fərqli bir durumla qarşı-qarşıya olacağıq. İkinci ixtisas qrupunda balların həddən artıq yüksəlməsi gündəmdə deyil. Ancaq müəyyən bir artım müşahidə oluna bilər. 3-cü qrupa gəldikdə isə, ciddi artım gözlənilir. Bu, 1-ci ixtisas qrupu ilə müqayisədə o qədər də çox olmaya bilər. Ən çox 50 bala qədər artım gözləniləndir. 4-cü ixtisas qrupunda isə yüksək bal tələb edən ixtisaslarda, xüsusilə, tibb üzrə olanlarda artım ehtimalı var. Nəhayət, 5-ci qrupda isə qabiliyyət tələb etməyən dizayn ixtisasında və İdman Akademiyasındakı ixtisaslarda bal artımı olacaq. Yekun olaraq isə, bal artımı bütün ixtisas qruplarını müxtəlif formada əhatə edəcək”.KONKRET.az