azia.az
azia.az

Ucarda şəhid atası təhqir olunub – VİDEO

4-06-2024, 15:53

Ucar rayon Qarabörk kənd tam orta məktəbinin direktor müavini Məkkə Məmmədovadan şikayət var. Tribunainfo.az xəbər verir ki, şikayətçi Ucar rayonu, Heydər Əliyev küçəsi, ev 42-də yaşayan Əliyeva Məsimə Yavər qızıdır.
Məsmə Əliyeva bildirir ki, Məkkə Məmmədova məktəbdə hegemonluq edir. Onun iddiasına görə, məktədə çalışan Şəhid atasını təhqir etməkdən belə çəkinmir. “Direktor müavininin intriqabazlığı, qarayaxması nəticəsində məktəbin direktoru Aysel Həmidova mayın 27-də ərizə yazaraq, işdən çıxmalı oldu”.

Məkkə Məmmədova
Şikayətçi deyir ki, Məkkə Məmmədovanın bu yaxınlarda yayılan səs yazısından sonra məlum olub ki, o, məktəbin təsərrüfat şöbəsində işləyən Vətən Müharibəsi Şəhidi Hikmət İbrahimovun atası Zaur İbrahimovu təhqir edib. “Həmin səs yazısında Şəhid atası Zaur İbrahimov barədə “gədə”, “içki düşgünü”, “ona şəhid atası adı haram olsun” kimi sözlərdən istifadə edib”.
Məsmə Əliyeva yazır ki, şagirdlərdən tort, süpürgə, ad günü tədbir adı ilə pullar yığılmasını da Məkkə Məmmədova həyata keçirir. “Hətta utanmadan bu barədə vatsap qrupuna göstərişlər də göndərir”.
Şikayətçi Tribunainfo.az-a ünvanladığı məktuubunda onu da bildirir ki, Məkkə Məmmədova Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati Təşkilat sektorunun əməkdaşı Afət Abdullayeva tərəfindən himayə olunur. “Onun özü də səs yazısı ilə təsadiqləyir ki, Afət Abdullayeva ilə işbirlikləri var və ona görə də, kimsənin ona gücü çatmaz”.
Məsmə Əliyeva sonda qeyd edir ki, Ucra rayonu, Qarabörk kənd orta məktəbində əsaslı yoxlamalar aparılmalı, Məkkə Məmmədovanın faəliyyəti təftiş edilməli və tədbir görülməlidir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



  •  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi