azia.az
azia.az

MEK-də “Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu” mövzusunda təlim keçirilib

5-04-2024, 09:03


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) doktorantura və dissertanturaya sənəd qəbulunun elektronlaşdırılması ilə əlaqədar “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (TMİS) “Ali və orta ixtisas təhsili alt sistemi” (AOİTAS) vasitəsi ilə qeydiyyatına dair təlim keçirilib.

“Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu” mövzusunda baş tutan təlimdə AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdir müavini fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov və şöbənin əməkdaşları, AMEA Rəyasət Heyəti Aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva, AMEA Rəyasət Heyəti Aparatının Elektron Akademiya şöbəsinin əməkdaşı Aida Tağıyeva, AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri və təhsilə məsul şəxslər, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Ali və Peşə təhsili pilləsinin elektronlaşdırılması üzrə kuratoru Cavad Mustafazadə, TSİİ Ali və Orta İxtisas Təhsili Alt Sisteminin layihə rəhbəri Nicat Etibaroğlu iştirak ediblər. Təlimə, həmçinin AMEA-nın Gəncə və Naxçıvan bölmələrinin əməkdaşları onlayn qatılıblar.

Tədbiri giriş sözü ilə açan MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin salamlarını çatdıraraq, AMEA rəhbərliyinin elektron hərəkata böyük önəm verdiyini vurğulayıb.

Ölkə üzrə doktorantura və dissertanturaya sənəd qəbulunun elektron portal üzərindən aparılacağını qeyd edən MEK-in direktoru Akademiyada da bu pillələrə qəbulun cari ildən etibarən elektron qaydada həyata keçiriləcəyini nəzərə çatdırıb, təlimçilərə və iştirakçılara uğurlar arzulayıb.

Daha sonra TSİİ Ali və Orta İxtisas Təhsili Alt Sisteminin layihə rəhbəri Nicat Etibaroğlu doktoranturaya sənəd qəbulu ilə bağlı müraciətlərə baxılması, müvafiq qərarın verilməsi, müraciətçilərə müəssisənin qərarı barədə elektron bildirişlərin göndərilməsi, sistemə əlavə edilmiş qəbul planının işlənilməsi, təhsil haqqı ödənişlərinin həyata keçirilməsi prosesini izah edib. Qeyd olunub ki, sözügedən xidmət sayəsində TMİS-ə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər ETN-in “Şəxsi kabinet”ləri vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari, növbəti addımları, vaxt itirmədən, olduğu yeri tərk etmədən izləyə biləcəklər. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak etmək şansı qazanırlar. Diqqətə çatdırıb ki, müraciətlərin elektron formada təşkil edilməsi qəbul prosesinin daha çevik, rahat və keyfiyyətli təşkilinə şərait yaradacaq.

Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi