azia.az
azia.az

Abituriyentlərin NƏZƏRİNƏ!-İMTAHANIN NƏTİCƏSİ BARƏDƏ MÜHÜM MƏLUMAT

21-03-2024, 11:00

Xəbər verdiyimiz kimi, DİM martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

 Bəs imtahan cavabları nə vaxt elan olunacaq?

 Dövlət İmtahan Mərkəzindən Sfera.az-a verilən məlumata görə, 3 mart tarixində keçirilən buraxılış imtahanının nəticələri bu həftə açıqlanmayacaq.

Qeyd edək ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələr 4 həftə ərzində elan olunur. DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına isə martın 4-dən etibarən başlanılıb. Beləliklə, cavabların gələn həftə açıqlanacağı ehtimal edilir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi