azia.az
azia.az

Bakı Ali Neft Məktəbinin tələbəsi Prezident mükafatına layiq görülüb

2-02-2024, 21:45


SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fatimə Məmmədova Azərbaycan Prezidenti İlham Əliyevin “2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamı ilə mükafata layiq görülən gənclər arasında yer alıb.  

Prezidentin Sərəncamına əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncdən biri olan Fatimə Bakı Ali Neft Məktəbinin fəal tələbələrindəndir. 

O, “SOCAR Türkiyə” və bp-də proses mühəndisi olaraq təcrübə keçib, mübadilə proqramı çərçivəsində Türkiyənin Orta Doğu Texniki Universitetində bir semestr təhsil alıb. 

Onun təmsil olunduğu BANM-in komandası Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı -“Teknofest" yarışmasında "Yaşıl texnologiyalar" kateqoriyasında I yerə layiq görülüb və "Teknofest Türkiyə"də layihəni tanıtmaq imkanı əldə edib. Komanda eyni layihə ilə regionlar üzrə keçirilən “ClimateLaunchPad” yarışmasında 3-cü yerə layiq görülüb, “The Black Sea Universities Network (BSUN)” yarışmasında qalib olub. 2023-cü ildə bu layihə KOBİA tərəfindən maliyyələşdirilib. 

 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi