azia.az
azia.az

Elm və Təhsil Nazirliyindən TELEFONLA bağlı qərar

31-10-2023, 12:50

Məktəblər zaman-zaman şagird və müəllimlərin sosial şəbəkələrdə xoşagəlməz görüntüləri ilə gündəmə gəlir.

Bəzi məktəblərdə şagirdlərin telefonlardan istifadəsinə icazə verilmir. Elə məktəblər də var ki, telefondan istifadəyə heç bir məhdudiyyət yoxdur. Əksinə, şagirdlər telefonlardan daha rahat istifadə edirlər. 

Valideynlər arasında telefonların məktəblilərdən yığılması birmənalı qarşılanmır. Valideynlər bildirirlər ki, məktəbə girişdə telefonların yığılması doğru deyil. Misal üçün, valideynlərdən biri qeyd edir ki, evi məktəbdən xeyli kənarda yerləşir:

“Uşaqla müntəzəm əlaqə saxlamalı oluram, telefonsuz mümkün deyil”. 

Lakin bəzi şagirdlər də var ki, telefonlardan əlaqə saxlamaq üçün yox, bloqerlik üçün istifadə edir. Bunabənzər səbəblərə görə bəzi məktəblərdə telefonların istifadəsinə qadağa qoyulur, yəni qadağa yenidən qayıdır.

Bu məsələ qanunla tənzimlənir?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, məktəblərdə telefonun istifadəsi ilə bağlı rəsmi qaydada qadağa mövcud deyil. 


Görünən odur ki, təhsil müəssisəsində telefon istifadəsi məktəb rəhbərliyi tərəfindən tənzimlir.

Cebhe.info


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi