azia.az
azia.az

Bu məktəb Prezident təqaüdçülərinin sayına görə ölkə birincisi oldu

19-10-2023, 08:56


Azia.az media- SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) 2023/2024-cü tədris ili üzrə ölkənin ali məktəblərinə daxil olmuş Prezident təqaüdçülərinin sayına görə yenə ölkə birincisidir. 

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023/2024-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülmüş 102 tələbənin 29-u BANM-də təhsil alır. BANM Prezident təqaüdçülərinin sayına görə ölkə ali təhsil müəssisələri arasında bu il də liderliyini qoruyur. 

 BANM-in Prezident təqaüdçülərindən 13 nəfəri İnformasiya təhlükəsizliyi, 10 nəfəri Biznesin idarəedilməsi, 4 nəfəri Kimya mühəndisliyi, 2 nəfəri isə Kompüter mühəndisliyi ixtisasının tələbəsidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi